Strategiya bölməsinin rəisi
 
JOB TITLE: Strategiya bölməsinin rəisi
EMPLOYER: Azerbaijan Railways CJSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-07-01 LAST UPDATED: N/A DEADLINE: 2019-07-21

Vakansiyanın adı: Strategiya bölməsinin rəisi

Vakansiyanın kodu: V19062703
Vakansiyanın kateqoriyası: Rəhbər
Vakansiyanın aid olduğu struktur vahid: “Azərbaycan Dəmir Yolları” QSC-nin Aparatı
Vakansiya üzrə struktur: İnstitutsional islahatların idarə edilməsi şöbəsi, Strategiya bölməsi

Ödəniş növü: Vaxtamuzd
Əməyin ödənilməsi dərəcəsi: 7
Vəzifə (peşə) üzrə əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Əlavə ödəniş: Qanunvericiliyə uyğun olaraq
İş vaxtının norması: 09:00-18:00 / 5 gün
Əmək şəraiti: Ofisdaxili
İş yerinin ünvanı: Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 230

Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavr
Tələb olunan minimum əmək stajı: Sahə üzrə 5 il
Tələb olunan komputer bilikləri: - MS Office proqramları – yaxşı səviyyədə.

Tələb olunan xarici dil bilikləri

- İngilis dili – sərbəst səviyyədə;
- Rus dili – sərbəst səviyyədə.

Tələb olunan fərdi keyfiyyət göstəriciləri: Analitik düşünmə, idarəetmə və kollektivlə işləmə bacarığı

Vəzifə üzrə tələb olunan biliklər

- Rəhbərlik etdiyi sahənin fəaliyyətini tənzimləyən normativ aktları və rəhbərliyin əmr, qərar və sərəncamlarını;
- İqtisadiyyatın, idarəetmənin, əmək qanunvericiliyinin, marketinqin əsaslarını;
- Respublikanın və xarici ölkələrinin aidiyyəti sahə üzrə qabaqcıl təcrübəsini;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını.

Digər tələb və üstünlük göstəriciləri

- Magistr dərəcəsi;
- Risklərin idarə edilməsi ilə bağlı beynalxalq sertifikatlar;
- Son iki işlədiyi qurum rəhbərindən tövsiyə məktubu.

Vəzifə öhdəlikləri: 

- Korporativ və digər alt strategiyaların prosesini təşkil etməli;
- Mövcud olan əsas fəaliyyət göstəriciləri sistemindən əsas fəaliyyət göstəriciləri ilə strategiyanı uzlaşdırmalı, xüsusi hədəfləri müəyyənləşdirməli, dövlət qurumları tərəfindən təsdiq olunmuş qanun, sərəncam, yol xəritələri və digər sənədlər ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin strategiyasının uzlaşdırılması ilə əlaqədar təklifləri hazırlamalı;
- Strategiya gedişatı icrasının əsas fəaliyyət göstəriciləri, audit nəticələri, maliyyə və iqtisadiyyat hesabları, həyata keçirilmiş büdcə nəticələri ilə dəyərləndirməli və hesabatları hazırlamalı;
- Baş verən sosial-iqtisadi və hüquqi çərçivədə olan dəyişikliklərə reaksiya olaraq mövcud strategiyalarda dəyişikliklər təklif etməli;
- Cəmiyyət daxilində texniki mütəxəssislərlə birlikdə mütəmadi görüşlər keçirərək strategiyanın icrası ilə bağlı məlumat toplamaq və lazım olduğu halda strategiyada müəyyən dəyişikliklər təklif etməli;
- Qurulmuş kanal və vasitələr ilə strategiyanın həyata keçirilməsi, izlənməsi və monitorinqi, strategiyanın baxış iclasları, hesabatların hazırlanmasını təşkil etməli;
- Tabeliyində olan işçilərin müəssisə-daxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət etməsini tələb etməli;
- Tabeliyində olan işçilərin əmək haqlarının artırılması və vəzifədə irəli çəkilməsi, eləcə də zəruri hallarda onlara intizam tənbehinin verilməsi barədə rəhbərliyə təqdimatlar verməli.

Vakansiyanın elan olunma tarixi: 27.06.2019
Son müraciət tarixi: 20.07.2019

Vakansiyaya müraciət etmək üçün link: https://ady.az/az/career/vacancy/69/1054

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP