Treasury leading specialist
 
JOB TITLE: Treasury leading specialist
EMPLOYER: International Bank of Azerbaijan Republic DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-07-01 LAST UPDATED: N/A DEADLINE: 2019-07-31

“ABB” ASC Treasury leading specialist vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

 Vəzifə öhdəlikləri:

 Bankın açıq valyuta mövqelərinin gündəlik idarə edilməsi məqsədi ilə uçotun aparılması;
 Diling əməliyyatları, Borc bazarları və reytinq agentlikləri ilə iş şöbələri tərəfindən aparılmış əməliyyatların əməliyyat sisteminə daxil etmək;
 Mərkəzi Xəzinədarlıq Departamenti tərəfindən cəlb edilmiş vəsaitlər üzrə vergi öhdəliklərinin uçotunu aparmaq;
 Mərkəzi Xəzinədarlıq Departamenti tərəfindən aparılan əməliyyatların qüvvədə olan limitlərə uyğunluğunu yoxlamaq;
 ABB strukturları tərəfindən aparılmış mübadilə əməliyyatları barədə hesabatlar hazırlamaq.

Vakant vəzifə üzrə tələblər:

 Ali təhsil;
 Sahə üzrə minimum 1 il iş təcrübəsi;
 MS Office proqramları və Flexcube sistemi ilə işləmək bacarığı;
 Analitik bacarıqlar, vaxtın idarəedilməsi və problemləri həll etmək bacarığı.

Bu iş sizə nələri qazandıracaq:

 Bank sahəsində  iş proseslərini dərindən öyrənmək imkanı;
 Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
 Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
 Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
 Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın bir üzvü olmaq;
 Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini 15 iyul 2019-cu il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Treasury Leading Specialist” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərimizdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP