Vəzifə: HR Administrator Şöbə: İnsan Resursları
- İşçilərin işə qəbulu, əmək şəraitinin dəyişdirilməsi, işdən azad olunması, məzuniyyət və ezamiyyət proseslərinin sənədləşdirilməsini həyata keçirmək - E-gov.az və 1C sisteminə tələb olunan məlumatları daxil etmək - Əmək kitabçalarının açılması, qeydiyyatı, lazımi məlumatların daxil edilməsi və işdən çıxan işçilərə təhvil verilməsi - Xarici vətəndaşların viza ilə bağlı prosedurlarını həyata keçirmək - İşçilərdən qanunvericiliklə və şirkət tərəfindən tələb olunan sənədləri qəbul etmək - İşçilərin şəxsi işlərin yığılmasının və arxivləşdirilməsinin təşkili - Namizədlərlə müsahibələrin təyin edilməsi - Şöbələr tərəfindən təqdim olunan tabellərin ilkin yoxlanışını aparmaq və səhvlər olduqda dərhal şöbəni məlumatlandırmaq - Yeni işçilərə yerləşmə prosesində yardımçı olmaq və lazımi avadanlıqlarla təmin edilməsinə nəzarət etmək.
Namizədə tələblər:
- Ali təhsil (Hüquq və Psixologiya üzrə olanlara üstünlük veriləcəkdir) - Minimum 1 il İnsan Resursları şöbəsində təcrübəyə malik olmalı - İngilis və Rus dillərində sərbəst məktublaşmalı - MS Office - Word, Excel proqramlarında sərbəst işləyə bilməli - Təşkilatçılığı yüksək səviyyədə olmalı - Məsuliyyətli, işgüzar, ciddi və aktiv olmalı - Əla şifahi və yazılı ünsiyyət bacarığı olmalı - 1c proqramını bilmək üstünlükdür.
Əmək haqqı müsahibə zamanı müəyyən olunur.
Vakansiya ilə maraqlanan namizədlər mövzu hissəsində “HR Administrator” qeyd etməklə, öz CV-lərini hr@prosol.az ünvanına göndərə bilərlər.
|