Korporativ tənzimləmə üzrə Hüquqşünas
 
JOB TITLE: Korporativ tənzimləmə üzrə Hüquqşünas
EMPLOYER: Aztelekom DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-06-28 LAST UPDATED: N/A DEADLINE: 2019-07-28

Azərbaycanın milli rabitə operatoru olan “Aztelekom” MMC hazırda ölkə üzrə öz tabeliyində 59 yerli telekommunikasiya müəssisələrini birləşdirir. Azərbaycanın əksər regionlarında keyfiyyətli telekommunikasiya xidmətləri göstərərək geniş əhatə dairəsinə malikdir.

İşəgötürən olaraq “Aztelekom” MMC, özünün daha uğurlu gələcəyini təmin etmək məqsədi ilə müasir təlimlər, əla işçi atmosferi, işçi bacarıqlarının artırılması vasitəsi ilə özünün insan resurslarına sərmayə yatırır. “Aztelekom” MMC hazırda Hüquq Şöbəsinin Korporativ tənzimləmə sektoruna Korporativ tənzimləmə üzrə Hüquqşünas vəzifəsi üzrə işçi qəbulu elan edir.

Əsas vəzifə və öhdəlikləri:

• Yetkinlikləri və səlahiyyətləri çərçivəsində yeni (öz sahasinə aid) Qaydaların, Prosedurların, Daxili normativ aktların tərtibatında iştirak edir;
• Müəssisənin fəaliyyəti ilə əlaqədar hüquqi təminatının həyata keçirir, normativ sənəd bazasının hazırlayır, zəruri dəyişiklikləri edir;
• Müqavilələrə hüquqi rəy verir, müqavilə nümunələrini, o cümlədən müvafiq hüquqi sənəd nümunələrini hazırlayır;
• Vergi, satınalma, əmək, gömrük və digər qanunvericiliyin tələblərinə uyğun müəssisədə hüquqi proseslərin tənzimlənməsini həyata keçirir;
• Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.

Tələb Olunan İxtisaslaşma, Bilik, Təcrübə və Bacarıqlar:

• Ali Hüquqi Təhsil;
• Azərbaycan Respublikasının Konstitusiyasını bilməlidir;
• Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununu bilməlidir;
• Mülki və Mülki Prossesual Məcəlləni bilməlidir;
• Dövlət Satınalma haqqında AR Qanununu bilməlidir;
• Tenderin və kotirovkaların keçirilməsi qaydalarını tənzimləyən normativ hüquqi sənədləri ilə tanış olmalıdır;
• Müqavilələrin bağlanmasını tənzimləyən normativ hüquqi aktlarını bilməlidir;
• İşgüzar yazışma əsaslarını bilməlidir;
• Peşəkar ünsiyyət psixologiyasını bilməlidir;
• Azərbaycan Respublikasının Əmək Qanunvericiliyini bilməlidir;
• Azərbaycan dilini mükəmməl bilməlidir, ingilis və rus dilləri arzuolunandır;
• Sahasinə aid olan sənədləri tərtib etmə bacarığına malik olmalıdır;
• Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri bilməlidir;
• Kompüter bilikləri üzrə: MS Office (word, excel və powerpoint) və Outlook proqramlarını mükəmməl bilməlidir;
• Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydaları;
• Korporativ İdarəetmə sisteminin əsaslarını və Korporativ Mədəniyyətin əsaslarını bilməlidir.

Namizədin şəxsi keyfiyyətləri:

• Fikrini izah etmək qabiliyyəti;
• Ezamiyyə imkanları;
• Ünsiyyət qurmaq bacarığı;
• Komandada işləmək bacarığı;
• İşə planlı yanaşma bacarığı;
• Öz üzərində daima çalışmalı.

İŞ ŞƏRAİTİ

• Əmək müqaviləsi;
• Rəqabətli əmək haqqı;
• Əmək məzuniyyəti: qanunvericiliyin tələblərinə əsasən;
• Qeyri iş günləri: qanunvericiliyin tələblərinə əsasən;
• İş qrafiki: 5 gün (şənbə – bazar istirahət), 09:00 – 18:00 (13:00 – 14:00 nahar fasiləsi);
• İş yeri: Bakı şəhəri;
• Peşəkar həmfikirlər komandası;
• Peşəkar inkişaf və yüksək karyera imkanları;

Yuxarıdakı tələblərə cavab verən maraqlı namizədlərdən xahiş olunur ki, CV-lərini hr@aztelekom.az e-ünvana göndərsinlər. CV-də maaş gözləntisini qeyd etməyinizi xahiş edirik.
Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Korporativ tənzimləmə üzrə Hüquqşünas). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP