Aparıcı Hüquq məsləhətçisi
 
JOB TITLE: Aparıcı Hüquq məsləhətçisi
EMPLOYER: Norm LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-06-28 LAST UPDATED: N/A DEADLINE: 2019-07-28

Norm Sement zavodu

Norm Sement zavodu Bakının Qaradağ rayonunda fəaliyyət göstərir. İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən müəssisə cənubi Qafqazın ən iri sement zavodudur.

Hazırda şirkətimizə Aparıcı Hüquq məsləhətçisi tələb olunur.

Əsas vəzifə və öhdəliklər:

- Sazişlər/müahidələr/müqavilələr, düzəlişlər, dəyişikliklər, anlaşmalar və hüquqi güvvəyə malik və Şirkət üçün hüquq öhdəliklərini yaradan, dəyişən və/və ya ləğv edən digər sənədlərin hazırlanması, o cümlədən verilən tapşırıqlara müvafiq olaraq hüquqi məsələlərlə bağlı danışıqlarda iştirak etmək;
- Kontr-aqentlərin qarşısında (o cümlədən müvafiq razılaşmalarda və müxtəlif sənədlərin tərtibi edilməsində) Şirkətin hüquqlarının və maraqlarının qorunması;
- Müqavilə sənədlərinin, normativ hüquqi aktların və digər sənədlərin icrası ilə əlaqədar Şirkətin rəhbərliyinə və digər işçilərinə məsləhət və tövsiyələrin verilməsi və yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi;
- Mövcud qanunvericiliyin tələbləri və mümkün hüquqi risklər baxımından Şirkətin fəaliyyətinə hüquqi nəzarətin həyata keçirilməsi;
- Şirkətin təsisiçilərinin və Direktorlar Şurasının qərarların və protokolların hazırlanması, saxlanması və icrasına nəzarət edilməsi;
- Şirkəti məhkəmə orqanlarında təmsil edilməsi, orada Şirkətin hüquq və maraqlarını müdafiə edilməsi bununla bağlı bütün zəruri hərəkətləri Şirkətin adından həyata keçirilməsi;
- Qanunvericilikdəki dəyişiklərin yaxından izlənməsi və qəbul olunan dəyişikliklərlə bağlı Şirkətə müvafiq tövsiyyələrin verilməsi;
- Dövlət qurumları və təşkilatları ilə əlaqələrin yaradılması və dəstəklənməsi;

Tələblər:

• Hüquq üzrə ali magistr təhsili (Xaricdə təhsil üstünlük verilir)
• Əlaqədar sahədə 5 il iş təcrübəsi
• Sərbəst  ingilis dili biliyi
• MS office (Word, Excel,Powerpoint,Outlook) proqramlarından istifadə bacarığı

Tərcümeyi-hallarınızı müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az ünvanına göndərməyiniz xahiş olunur.
Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan tərcümeyi-hallara baxılmayacaqdır.
Tərcümeyi-halların təqdim olunması üçün son tarix: 10/07/2019

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP