Büdcələmə, maliyyə analizi və hesabatvermə üzrə Aparıcı mütəxəssis
 
JOB TITLE: Büdcələmə, maliyyə analizi və hesabatvermə üzrə Aparıcı mütəxəssis
EMPLOYER: Veysəloğlu Şirkətlər Qrupu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-06-28 LAST UPDATED: N/A DEADLINE: 2019-07-28

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2019-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Büdcələmə, maliyyə analizi və hesabatvermə üzrə Aparıcı mütəxəssis

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahə üzrə min.2 il
Təhsil: Ali iqtisadi təhsil

İşin Təsviri: Maliyyə hesabatlarını hazırlamaq, logistik xidmətlərin şirkətlərə aylar üzrə işlənib göndərilməsini həyata keçirmək

Vəzifə öhdəlikləri:

- Şirkətin maliyyə hesabatlarının hazırlanması (aylıq, rüblük və illik) və rəhbərliyə təqdim edilməsi;
- Şirkətin rüblük və illik büdcəsinin hazırlanması və büdcəyə nəzarətin həyata keçirilməsi;
- Gəlirlərin və xərclərin analizinin aparılması, büdcə ilə uyğunluğunun müqayisə edilməsi;
- Xərclərin optimallaşdırılması üçün təkliflərin hazırlanması
- Gəlir və xərclərlə bağlı əməliyyətların mühasibat hesablar planına uyğun işlənilməsinə nəzarət etmək.

Tələblər:

- Beynəlxalq Maliyyə Hesabatları Standartları (IFRS) biliyi;
- Maliyyə sahəsində yüksək biliklər;
- Yüksək səviyyədə MS Office proqramları biliyi (Xüsusilə MS Excel) ;
- Analitik düşünmə bacarığı və statistik göstəricilərlə işləmə qabiliyyəti;
- ERP(Logo) biliyi üstünlükdür.

Əmək haqqı:  Müsahibə əsasında təyin olunur.

Təminatlar:

-  İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
-  Nahar ilə təmin edilmə.

Müraciət qaydaları: cv@avtlogistics.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını “Aparıcı Maliyyə analitiki” yazıb CV göndərməklə müraciət edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP