Keyfiyyətə Zəmanət üzrə Müfəttiş (QA Inspector)
 
JOB TITLE: Keyfiyyətə Zəmanət üzrə Müfəttiş (QA Inspector)
EMPLOYER: Sumgait Technologies Park LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-07-25 LAST UPDATED: 2019-07-26 DEADLINE: 2019-08-24


Vəzifənin adı: Keyfiyyətə nəzarət üzrə müfəttiş (QA Inspector)

Vəzifə öhdəlikləri:

• Prosedur və təlimatların vahid mərkəzdən hazırlanması və nəzarətin təşkili
• Bütün proseslər üzrə proses sahibləri ilə birgə prosedurun hazırlanması
• Tələbə uyğun olaraq proses, prosedur, təlimatların, formaların yazılması, reviziyası
• Daxili audit planının hazırlanması, audit və monitorinqlərin keçirilməsi
• Şirkətin siyasət, məqsəd, hədəflərinin təyin edilməsində iştirak etmək
• Sahələrdə olan sənədlərin nəzarətli və nəzarətiz nüsxələrinin izlənilməsi

Təhsil/Təcrübə:

• Ali təhsil;
• Analoji sahədə ən azı 5 il iş təcrübəsi;
• Azərbaycan dilini sərbəst bilməli, Rus və ingilis dillərini sənədləşmə səviyyəsində bilməli;
• Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;

Bilməlidir:

• Texnoloji avadanlığın konstruksiyasını, məhsulların istehsal texnologiyasını;
• Zavod üzrə texnoloji prosesləri və istehsal rejimlərini;
• İstehsalatda qüvvədə olan normaları, AZS, TŞ AZ, ГОСТ, Beynəlxalq və Avropa standartlarının tələblərini, xammal və materialların sərf normalarını; -
• İSO 9001 ( Keyfiyyət idarəetmə sistemi ) , OHSAS 18001 ( Əməyin təhlükəsizliyi və mühafizəsi idarəetmə sistemi), İSO 14001 (Ətraf mühitin təhlükəsizliyinin idarəetmə sistemi) Beynalxalq standartları barədə ümumi məlumat , o cümlədən müəssisənin siyasət və məqsədlərini;
• Ətraf mühitinin qorunması üzrə qanunvericiliyini və əmək fəaliyyətinə aid edilən əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə əmək qanunvericiliyini;
• Ətraf mühitin qorunması və təhlükəsizlik texnikası üzrə normativ tələblərini;
• Öz fəaliyyətinin ekoloji aspektlərini və onların ətraf mühitə təsirinin dərəcəsini;
• Fəaliyyətlə bağlı risklərini və onların idarə edilməsi üzrə tədbirlərini;
• İş yerində ətraf mühitin qorunmasının səmərəliliyiyinin yüksəldilməsi üzrə metodlarını;
• Texniki sənədləri hazırlamaq və tərtib etmək üçün direktiv materialları;
• Analoji məhsulların istehsalında yerli və xarici müəssisələrin qabaqcıl təcrübəsini;
• Əməyin mühafizəsi ,texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi, istehsalat sanitariyasının qaydalarını, müəssisənin daxili nizam qaydalarını;
• Cəmiyyətin və Müəssisənin daxili intizam qaydalarını bilməli , onlara riayət etməlidir.
• Hüquq və vəzifələrini mükəmməl bilməlidir.

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında;
• Müəssisə tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• E-mail: cv@stp.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP