Risklərin idarə edilməsi departamentinin Monitorinq şöbəsinə aparıcı mütəxəssis
 
JOB TITLE: Risklərin idarə edilməsi departamentinin Monitorinq şöbəsinə aparıcı mütəxəssis
EMPLOYER: International Bank of Azerbaijan Republic DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-06-27 LAST UPDATED: N/A DEADLINE: 2019-07-27

“ABB” ASC Risklərin idarə edilməsi departamentinin Monitorinq şöbəsinə aparıcı mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Biznesin qiymətləndirilməsi;
 Bankın borcalanlarının fəaliyyət sahələrinin, əmlaklarının monitorinqinin keçirilməsi;
 Monitorinqin nəticələrinə dair müvafiq hesabatların hazırlanması;
 Maliyyə göstəricilərin təhlili;
 Kredit portfelinin Monitorinqi;

Tələb olunan səriştələr:

 Komandada işləmək bacarığı;
 Detallara diqqət;
 Vaxtı idarə etmək qabiliyyəti;

Vakant vəzifə üzrə tələblər:

 Ali iqtisadi təhsil;
 Azərbaycan və rus dillərində səlis danışa bilməli ( İngilis dili biliyi üstünlükdür);
 Bank sektorunda xüsusi ilə, biznes kreditlərin qiymətləndirilməsi üzrə minimum 3 il iş təcrübəsi;
 MS Office proqramları üzrə biliklər;

Bu iş sizə nələri qazandıracaq:

 Bank sahəsində  iş proseslərini dərindən öyrənmək imkanı;
 Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
 Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
 Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
 Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın bir üzvü olmaq;
 Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər bankın daxili CV formasını 10 iyul 2019-cu il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Risklərin idarə edilməsi departamentinin Monitorinq şöbəsinə aparıcı mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərimizdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP