Baş anbardar/Şəmkir
 
JOB TITLE: Baş anbardar/Şəmkir
EMPLOYER: Shamkir Agropark LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-06-27 LAST UPDATED: 2019-07-02 DEADLINE: 2019-07-27

Vəzifə: Baş anbardar/Şəmkir

Şirkətin adı: Şəmkir Aqropark MMC

Vəzifə öhdəlikləri:

• Anbara daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərini yerinə yetirmək;
• Anbara yükləmə-boşaltma işlərinə nəzarət etmək;
• Anbara qəbul edilmiş mallar haqqında son-istifadəçiləri məlumatlandırmaq, onların həmin malları təftiş etməsi məqsədilə lazım olan texnika və işçi qüvvəsi təmin etmək;
• Anbarda olan malların növlərinə görə səliqə ilə yığılmasını təşkil etmək;
• İş tapşırıqlarını paylaşdırmaq, eləcə də iş tapşırıqlarını və qayimələri nəzərdən keçirmək;
• Daxil olan yükün qeydiyyat sənədlərini yoxlamaq və düzgün olmasını təsdiq etmək, yüklərdəki çatışmamazlıqlar və artıq çəki ilə əlaqədar yaranan məsələləri cavablandırmaq, eləcə də ehtiyatların vəziyyətinə nəzarət ilə əlaqədar yaranan problemləri həll etmək;
• İnventar sistemlər üzrə hesabatların hazırlanmasına nəzarət etmək və inventar hesabatları təhlil etmək;
• Məsuliyyətində olan bütün anbarların təmiz,  səliqli və nizamlı olmasına nəzarət etmək;
• Anbarların olan malların təhlükəsizliyindən cavabdeh olmaq;
• İş gününün əvvəlində və sonunda stok təftişini etmək, məlumatları müdiriyətə bildirmək;
• Anbarlarda olan malların standartlara uyğun yığım və düzülüş qaydalarına nəzarət etmək;
• Anbarda işləyən heyətin işinə nəzarət etmək;
• Anbarlara boşalan malların yararlılığını yoxlamaq və rəhbərliyə məlumat vermək;
• Anbarda olan mal-materialın təhlükəsizliyini və anbardan buraxılan və anbara daxil olan mal-materialın gəlir-çıxar sənədləri üzrə qeydiyyatını təmin etmək;
• Anbardan malların buraxılış vərəqəsi əsasında buraxılmasını təmin etmək və buna nəzarət etmək;
• Anbarda olan mal-materialın inventarlaşmasında mühasibatlıqla birlikdə yaxından iştrak etmək;
• Rəhbərlik tərfindən verilmiş digər tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək

Namizədə tələblər:

• Anbarın idarəedilməsi sahəsində minimum 5 il iş təcrübəsi
• Maliyyə və İqtisadiyyat sahələri üzrə ali təhsil
• MS office, Word, Excel, SAP MM Module
• Mexaniki və elektrik avadanlıqları barədə məlumata malik  olmaq
• Azərbaycan dilinin biliyi. Rus və İngilis dili bilikləri arzu olunandır

Əlavə məlumat:

- İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
- İş yeri Şəmkir ş.

Maraqlanan şəxslər öz CV formalarını Baş anbardar (Şəmkir)" başlığı ilə hr@shamkiragropark.az elektron poçt ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP