Beynəlxalq yük daşımaları üzrə Menecer
 
JOB TITLE: Beynəlxalq yük daşımaları üzrə Menecer
EMPLOYER: Improtex Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-06-21 LAST UPDATED: N/A DEADLINE: 2019-07-21

İmproteks Şirkətlər Qrupuna aşağıdakı vakansiya üzrə işçi tələb olunur:

Beynəlxalq yük daşımaları üzrə Menecer

Vəzifə öhdəlikləri:

• Mövcud müştərilərlə biznes əlaqələrin saxlanılması və inkişafı
• İdxal və ixrac sənədlərinin hazırlanması, sertifikatların alınması, idxal və ixracın rəsmiləşdirilməsi;
• Logistika əməliyyatlarının yerinə yetirilməsi və logistika işlərinə nəzarət olunması;
• Beynəlxalq və ölkə daxili yükdaşımaların həyata keçirilməsi
• Yük daşıma sənədlərinin yoxlanılması, fotma və tərtibatının düzgün olmasına nəzarət
• Nəqliyyat vasitələri parkını yoxlamaq, onların istismara hazırlıq səviyyəsini qiymətləndirmək və hansı xidmət növlərinə ehtiyac duyulduğunu müəyyən etmək
• Avtomobillərin həftəlik rutlarını tərtib etmək
• Nəqliyyat vasitələrinin gün ərzində hərəkətini izləmək və planlaşdıran qrafikə nə dərəcədə riayət olunduğunu qiymətləndirmək
• Çatdırılmaları nəzarətdə saxlamaq, yaranan problemləri dərhal həll etmək
• Sürücülərin xəttə çıxmazdan yol vərəqələrini hazırlamaq
• Sürücülərin iş saatlarına nəzarət etmək
• Çatdırımalar haqqında rəhbərliyə gündəlik hesabat vermək
• Yanacaq sərfi haqqında hesabatları hazırlamaq 

Tələblər:

• 30-45 yaş aralığında olan  namizədlər
• Ali texniki təhsil
• Müvafiq sahədə 3 il iş təcrübəsi;
• Beynəlxalq və ölkə daxili yük daşıma qaydalarını bilmək;
• Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
• Azərbaycan, rus və ingilis dillərini mükəmməl səviyyədə bilmək;
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığına malik olmaq.

İş Şəraiti:

• AR Əmək Məcəlləsinə müvafiq sənədləşmə
• Əmək haqqı: Razılaşma əsasında;
• Şirkət tərəfindən nahar, korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: Həftə içi 6 gün iş (6-cı gün qısaldılmış iş günü)

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində  “Vəzifənin adını”  qeyd etməklə öz CV-lərinizi hr@improtex.az  elektron ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP