Hovuz Texniki
 
JOB TITLE: Hovuz Texniki
EMPLOYER: Bilgah Beach Hotel Baku DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-06-19 LAST UPDATED: 2019-06-20 DEADLINE: 2019-07-19

Hovuz Texniki

Şirkətimiz hotel ərazisində hovuzların, SPA və istilik kabinlərinin təmiri və servisi üçün təcrübəli hovuz texniki axtarır.

TƏLƏBLƏR:

- Göstərilən vəzifədə 1 və ya 2 il iş təcrübəsi, yaxud mehmanxana sahəsində qeyd edilən iş tələblərini icra etmək bacarığı
- Səmərəli, mütəşəkkil, xoşagəlimli, təmkinli və baxımlı olmalıdır.
- Kimyəvi maddələrdən istifadə, kimyəvi maddələrin səviyyəsiyinin testi, nasos, avadanlıqların servisi, hovuz santexnikası və digər işlər daxil olmaqla hovuz, SPA və fəvvarə sahəsində təcrübə

DİGƏR VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

- İctimai hovuzları, su sistemlərini, filtre sistemlərini, nasosları və oyun avadanlıqlarının təmiri
- Hovuzda kimyəvi maddənin balansını qorumaq
- Suyun keyfiyyətini təmin etmək məqsədi ilə xlorun və suyun pH səviyyəsini tənzimləmək
- Kimyəvi maddələr və təmizləyicilərdən istifadə edərək hovuz və suyun bütün xüsusiyyətlərini tarazlamaq
- Hovuz nasoslarının və filtrlərinin servisi
- Göyərtənin təmizlənməsi və digər texniki baxımlar da daxil olmaqla hovuz sahəsini qorumaq
- Qeyri-funksional maşın və avadanlığı təmir etmək məqsədilə hovuz sahəsində təmir sorğularına vaxtında və effektiv cavab vermək
- Elektrik və mexaniki avadanlığın təmiri
- Təhlükıli maddələrin daşınması və saxlanılması
- Xlordan və digər  kimyəvi maddələrdən istifadə edərək suyun qrafikə uyğun təmizlənməsi
- Hovuzun suyunun keyfiyyətini və pH balansını müntəzəm yoxlamaq
- İctimai hovuzlarda və su sistemlərində kimyəvi maddələrin yoxlanılması və ehtiyac yarandıqda tənzimlənməsi
- Bütün təmir və avtomatlaşdırılmış işlərin gündəlik/həftəlik/aylıq məruzələrinin hazırlanması
- Ictimai hovuz və obyekt ərazisindən tullantıların yığışdırılması və təmizlənməsi
- Alətləri və avadanlıqları yoxlamaq və idarə etmək, təmir və tənzimləmək
- Üzgüçülük hovuzunun filterlərinin təmizlənməsi və servisin aparılması
- Su səviyyəsindən üzərində və altında işıqların düzəldilməsi
- Hovuz döşəməsini təmizləmək üçün hovuz təmizləyici avadanlığından istifadə etmək
- Hovuz divarlarında və ya döşəməsində korroziya, çatlar və sızmaların yoxlanılması və təmiri 
- Torlu teleskopik alətdən istifadə edərək hovuzdakı yarpaqların və tullantıların təmizlənməsi
- Hovuz örtüklərinin və sürüşkənlərin işlək qaydada olmasına nəzarət etmək
- Avadanlıqların çatışmazlıqları və ya suyun keyfiyyəti ilə bağlı problemlərin hesablanması və məruzə edilməsi
- Mühəndislik Meneceri və Mühəndis tərəfindən verilmiş digər tələbləri yerinə yetirmək

Maraqlanan namizədlərdən öz CV-lərini qeyd edilən vəzifəni mövzu hissəsinə qeyd edərək careers.bilgahbeach@absheronhotelgroup.com email ünvanına göndərmələri tələb olunur. 

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP