Dekor şöbəsi üçün intern
 
JOB TITLE: Dekor şöbəsi üçün intern
EMPLOYER: Balli Bisi Cake Boutique DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-06-19 LAST UPDATED: N/A DEADLINE: 2019-07-19

Dekor şöbəsi üçün intern

Biz kimik?

Balli Bisi Cake Boutique insanların xoş günlərini unudulmaz edən, şirniyyatçılığın bütün dərinliklərini öyrənmək üçün komanda olaraq gecə gündüz çalışan kiçik ailə biznesidir. 

Siz kimsiniz?

Siz rəssamlıq, heykəltaraşlıq, dizayn və digər kreativ sahələrdə təhsili və ya bacarıqları olan, gənc və dinamik, kariyerasının tam başlanğıcında olan fərdlərsiniz. Siz həmçinin öz üzərinizdə işləməyi, və komanda ilə birgə işdən zövq almağı bacarırsınız. Və ən önəmlisi şirniyyatı sevirsiniz ))

Biz nə təklif edirik?

Başlayacağınız işi sizə A-dan Z-yə öyrətməyi ( çox güclü komandanın rəhbərliyi ilə ), Həftədə 1 gün istirahət, ödənişli məzuniyyət, ödənişli təcrübə müddəti və sonrası yüksək əmək haqqı ilə iş, xarici ölkələrdə ixtisasartırma kursları və daha nələr. 

Sizin öhdəliyiniz:

İstehsalat müdiri tərəfindən təyin olunmuş işlərlə tanış olmaq, kreativ tort və digər şirniyyat dekorlarını hazırlamaq. Hazır olmuş məhsulların sifarişlə uyğunluğunu yoxlamaq və yalnış detalları düzəltmək, istifadəsi bitdikdən sonra, dekor avadanlıqlarını təmizləmək və yerlərinə qoymaq, şirkət tərəfindən təyin olunmuş bütün təhlükəsizlik qaydalarına riayət etmək, iş yükü çox olan komanda yoldaşlarınıza yardım əli uzatmaq, şirkətin bütün dəyərlərini bilmək və onlara bağlı qalmaq.

Bu iş Sizin üçün uyğun ola bilərdi,

Əgər, səhərləri, axşamları, bəzən gecələri, tətil günlərini işləməyə özünü hazır hiss edirsinizsə. Unutmayın ki, Bayram ərəfələrində biz gecə-gündüz işləyirik. 

Yuxarıda qeyd olunanlar marağınızı çəkdisə və siz də bizim komandanın bir parçası olmaq istəyirsinizsə, CV-lərinizi elgun.guluzade@gmail.com ünvanına göndərə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP