Anbardar
 
JOB TITLE: Anbardar
EMPLOYER: The Landmark Hotel Baku DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-06-18 LAST UPDATED: N/A DEADLINE: 2019-07-18

Vakansiya: Anbardar

ƏMƏK FUNKSİYALARI:

 Xidmət sahəsində malların müvafiq qaydada anbara qəbulu, saxlanması və oradan təhvil verilməsini təmin etmək və bunlara dair zəruri sənədləri tərtib etmək, anbar sahəsindən səmərəli istifadə etmək üçün onların düzgün yerləşdirilməsini təşkil etmək.
 Anbara yığılmış əmtəə-maddi sərvətlərin saxlanılmasının, mühafizə rejiminə əməl edilməsinin, əməliyyatların hesabının aparılmasının təmin edilməsi.
 Rəsmiləşdirilmə qaydalarına və mədaxil-məxaric sənədlərinin təhvilinə riayət edilməsinin təmin edilməsi, müəyyən olunmuş hesabatın tərtib edilməsi.
 “Mal”ların hərəkətinə dair hesabat hazırlamaq.
 Xidmət sahəsində əməyin mühafizəsi, yanğın və texniki təhlükəsizlik qaydalarına riayət etmək və sahədə olanlardan bunu tələb etmək.
 Anbarda sanitariya qaydalarına riayət edilməsinə nəzarət etmək.
 Əmtəə-maddi sərvətlərinin inventarlaşmasının aparılmasını təşkil etmək və sayımda iştirak etmək.
 Yanacağın, xammalın, yarım fabrikatın, hazır məhsulun, hissələrin, alətlərin, əşyaların anbara qəbulu, çəkilməsi, mühafizəsi və müxtəlif materialların anbardan buraxılması.
 Qəbul olunmuş maddi sərvətlərin müşayiətedici sənədlərə uyğunluğunun yoxlanılması.
 Yükləmə, boşaltma və anbar daxilində yüklərin yerləşdirilməsi işinə rəhbərlik.
 Materialların mühafizə olunduğu yerə aparılması (əl ilə və ya ştampellərin və başqa mexanizmlərin köməyi ilə) və eyni zamanda görünüşünə, keyfiyyətinə, təyinatına və başqa əlamətlərinə görə çeşidlərə ayrılması.
 Materialın və məhsulun xarab olması və itkilərin qarşısını almaq məqsədi ilə mühafizəsinin təşkili və təmin olunması.

TƏLƏBLƏR:

 Maliyyə, iqtisadiyyat və digər uyğun istiqamətlərdə ali təhsil;
 Müvafiq sahə üzrə 2 ildən artıq təcrübəyə üstünlük verilir;
 Planlaşdırma, təşəbbüskarlıq, problem həlletmə, stressə davamlı;
 Satınalma üzrə Azərbaycan Respublikasının qanununun tələbləri üzrə biliklərin olmasına üstünlük verilir.
 Azərbaycan dili səlis, rus dili və İngilis dili yaxşı səviyyədə tələb olunur.

Vakansiya ilə maraqlanan namizədlər şəkilli CV-lərini müraciət etdiyi vəzifənin adını qeyd etməklə hr@thelandmarkhotel.az  ünvanına  göndərə bilər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP