Qeydiyyatçı (Receptionist )
 
JOB TITLE: Qeydiyyatçı (Receptionist )
EMPLOYER: Collezione Italia DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-06-18 LAST UPDATED: N/A DEADLINE: 2019-07-18

Collezione Italia” fəaliyyət istiqaməti Avropa premium mebel brendlərinin və lüks interyer dizayn predmetlərinin  (mebel və mətbəx, santexnika, divar örtükləri, divar kağızları, parket, qapı, pəncərə, pərdə, işıqlandırma, zəngin qab-qacaq kolleksiyası və ev üçün aksessuarların) satışı olan şirkəti üçün Qeydiyyatçı (Receptionist )  vəzifəsinə işçi qəbulu elan edir.

Namizədə dair əsas tələblər:

• Yaş: 22-dən yuxarı;
• Təhsil: Ali
• Cinsi: Qadın;
• Xoş xarici görkəm;
• Azərbaycan , rus və ingilis dillərini mükəmməl səviyyədə bilmək
• Yüksək ünsiyyət qurmaq bacarıqları və gülərüzlülük.

Əsas vəzifə və öhdəliklər:

• Gələn zəngləri qəbul etmək və onları təyinatı üzrə istiqamətləndirmək, eləcə də telefonla danışıqları sifariş vermək;
• Şirkətin yenilənmiş telefon siyahısını saxlamaq;
• Ofisə gələn müştərilər və qonaqları qarşılamaq;
• Gələnlərin qeydiyyatını aparmaq;
• Müştəri məmuniyyəti anketlərinə nəzarət etmək.
• Qonaqların gəlişi barəsində onları qəbul edəcək şəxsləri məlumatlandırmaq və bütün qonaqlara onların təyinatı ilə bağlı hər hansı gecikmə və ya problem barəsində bildirmək;
• Bütün qonaqlara xüsusi diqqətlə yanaşmaq və onlara yüksək keyfiyyətli xidmət, diqqət və yardımının göstərilməsini təşkil etmək;
• Tələb olunduqda, dövlət orqanlarına rəsmi məktubları göndərmək;
• Showroom direktoruna yardım etmək, o cümlədən onun sənədlərini, müqavilə yekun cədvəllərini və s. üzərində işləyərək hazırlamaq;
• Şirkətlə bağlı daxil olan informasiyanın qeydə alınması və vaxtında təyinatı üzrə  həmin informasiyanın çatdırılması;
• Showroom üzrə gündəlik müştəri fiksasiyası hesabatını hazırlayıb struktur üzrə aidiyyatı bölməyə təqdim etmək
• Əmək funksiyalarınn icrasını təmin etmək məqsədi ilə birbaşa və şöbə rəhbərləri tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrası;
• İşlərin prosedur və təlimatlara uyğun təşkil edərək icra etmək;
• Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatların tərtib edərək hazırlamaq;
• Daxil və xaric olan informasiyanın konfedensiallığının qorunması;
• Tələb olunduqda birbaşa rəhbərinin tapşırığına əsasən əlavə funksiyaları yerinə yetirmək.

Maraqlı namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Qeydiyyatçı” sözlərini qeyd edərək hr@collezioneitalia.az e-ünvanına göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP