Təchizat üzrə Mütəxəssis
 
JOB TITLE: Təchizat üzrə Mütəxəssis
EMPLOYER: ATL Tech DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-06-18 LAST UPDATED: N/A DEADLINE: 2019-07-18

ATL Tech şirkəti 2013-cü ildə təsis edilmişdir və informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərir. Gənc olmasına baxmayaraq, geniş işçi qüvvəsinə malik olan şirkətimizin əməkdaşları informasiya texnologiyaları, telekommunikasiya, bankçılıq və maliyyə, dövlət və özəl şirkətlər və s. kimi sahələrdə peşəkar iş təcrübəsinə malikdirlər.

Fəaliyyəti boyunca şirkətimiz Cisco, Microsoft, Oracle, HP və s. kimi bir çox beynəlxalq təşkilatlarla əməkdaşlığın əsasını qoymuşdur.

ATL Tech Təchizat üzrə Mütəxəssis  vakansiyasını açıq elan edir.

Hesabat verir: Departamentin rəhbərinə

İşin təsviri və öhdəliklər:

 Şirkətin satınalmalarının təşkili;
 Sənədlərin dövriyyəsi;
 Yerli və xarici bazarların araşdırılması, qiymət və çeşid üzrə müxtəlif variantların təqdim edilməsi, eyni zamanda qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;
 Sifariş olunan materialların  qısa müddətdə çatdırılmasına nəzarət;
 Bazarın qiymətlərin mütəmadı yoxlanılması;
 Topdan satış və ixtisaslaşmış satış məntəqələrlə əməkdaşlığın qurulması;
 Rəhbərliyin tələblərinə uyğun hesabatların hazırlanması;
 Şöbələrdən gələn satınalma və ya təchizat tələblərinin nəzərdən keçirilməsi, analiz olunması, satınalma sifarişlərinin hazırlanılması, müəssisənin müəyyən etdiyi siyasət və şərtlərə müvafiq icra edilməsi;
 Məhsulların, avadanlıqların, onların hissələrinin vaxtında və münasib qiymətlərə alınmasının planlaşdırılması və həyata keçirilməsi;

Tələb olunan bacarıqlar:

 Danışıqlar aparma bacarığı da daxil olmaqla, mükəmməl ünsiyyət bacarıqları;
 Müvafiq sahə üzrə ali təhsil, xarici təhsil arzuolunandır;
 Azərbaycan, Rus və İngilis dillərində mükəmməl yazı və danışıq bacarıqları;
 Komanda ilə işləmə bacarıqları;
 Özünü inkişafa meyilli;
 İKT sahəsində satınalma və təchizat proseduru haqqında biliklər;
 Minimum 2 il iş təcrübəsi.

Təklif edirik:

 3 aylıq sınaq müddətindən sonra könüllü tibi sığorta;
 Mehriban və ünsiyyətcil kollektiv;
 Daxili və xarici təlimlərdə iştirak haqqı qazanacaqsınız.

Maraqlanan namizədlərdən CV-lərini “Təchizat üzrə Mütəxəssis” başlığı ilə  applicants@atltech.az elektron ünvanına göndərmələri xahiş olunur. Əmək haqqı uğurlu namizəd ilə müzakirə ediləcəkdir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP