Ofis menecer
 
JOB TITLE: Ofis menecer
EMPLOYER: Damla MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-06-18 LAST UPDATED: N/A DEADLINE: 2019-07-18

Azərbaycanın ən böyük mebel istehsalçılarından biri olan “Damla” MMC 2012-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Artıq uzun illərdir ki, şirkətimiz təklif etdiyi mebellərin topdan satışını uğurla həyata keçirir. İstehsalat prosesində yalnız dünyaca məşhur şirkətlərin istehsalı olan, ekoloji cəhətdən səmərəli və sertifikatlaşdırılmış mebel materiallarından istifadə olunur.

Yerli brend Damla artıq Qazaxıstan, Gürcüstan, Rusiya, İran, Türkmənistan, Tacikistan, Özbəkistan kimi ölkələrdə də Azərbaycanı təmsil etməkdədir.

Vakansiya: Ofis menecer

Vəzifə öhdəlikləri:

  Daxil olan zənglərin və elektron ünvana gələn məktubların, sorğuların vaxtında cavablandırılması, yönləndirilməsi, lazımi qeydlərin aparılması və aidiyyatı şəxslərə çatdırılması;
 Şirkətdaxili kargüzarlıq işlərinin yerinə yetirilməsi;
 Ofisdaxili kargüzarlıq işlərinin yüksək səviyyədə yerinə yetirilməsi;
 Rəhbərliyin tapşırıqlarının vaxtında və düzgün yerinə yetirilməsi;
 Şirkətə gələn qonaqların qarşılanması və yönləndirilməsi. 

Namizədə tələblər:

 Ali Təhsilli 
 Rus dili əla, ingilis dili yaxşı səviyyədə; 
 Təşkilati və analitik bacarıqlar;  
 Microsoft office proqramlarından istifadə bacarığı.

İş şərtləri:

 Həftədə 6 iş günü, 1 gün istirahət;  
 Təcrübə tələb olunmur;
 Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir; 
 Korporativ nömrə və danışıq vaxtı şirkət tərəfindən təmin edilir.
 İş yeri Abşeron r-nu, Masazır qəs., Villa Badam yaşayış kompleksinin yaxınlığı
 İşçilərin daşınması üçün 20 Yanvar metrosundan servis xidməti var.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini  hr@damlamebel.az  elektron ünvanına mövzu yerinə “Ofis menecer” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP