SƏTƏM üzrə mühəndis
 
JOB TITLE: SƏTƏM üzrə mühəndis
EMPLOYER: Damla MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-06-18 LAST UPDATED: N/A DEADLINE: 2019-07-18

Azərbaycanın ən böyük mebel istehsalçılarından biri olan “Damla” MMC 2012-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Artıq uzun illərdir ki, şirkətimiz təklif etdiyi mebellərin topdan satışını uğurla həyata keçirir. İstehsalat prosesində yalnız dünyaca məşhur şirkətlərin istehsalı olan, ekoloji cəhətdən səmərəli və sertifikatlaşdırılmış mebel materiallarından istifadə olunur.

Yerli brend Damla artıq Qazaxıstan, Gürcüstan, Rusiya, İran, Türkmənistan, Tacikistan, Özbəkistan kimi ölkələrdə də Azərbaycanı təmsil etməkdədir.

Vakansiya: SƏTƏM üzrə mühəndis

Vəzifə öhdəlikləri:

 İstehsalatda əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına nəzarət etməlidir.
 İstehsalatda zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməlidir.
 İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir.
 İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməlidir.
 Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir.
 Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etməlidir.
 İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etməlidir.
 SƏTƏM təlimatlarının işlənib hazırlanmasını təmin etməlidir.
 Rəhbərinə hesabatlar təqdim etməlidir.

Namizədə tələblər:

 Ali Təhsilli 
 Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi;  
 Microsoft office proqramlarından istifadə bacarığı.

İş şərtləri:

 Həftədə 6 iş günü, 1 gün istirahət; 
 Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir; 
 Korporativ nömrə və danışıq vaxtı şirkət tərəfindən təmin edilir.
 İş yeri Abşeron r-nu, Masazır qəs., Villa Badam yaşayış kompleksinin yaxınlığı
 İşçilərin daşınması üçün “20 Yanvar” metrosundan servis xidməti var.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini  hr@damlamebel.az  elektron ünvanına mövzu yerinə “SƏTƏM üzrə mühəndis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP