Marketinq təmsilçisi
 
JOB TITLE: Marketinq təmsilçisi
EMPLOYER: Polistar Boya DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-06-18 LAST UPDATED: N/A DEADLINE: 2019-07-18

Boya istehsalı şirkəti üçün Marketinq təmsilçisi.

Əsas vəzifə öhdəlikləri:

• Şirkətin Satış və Marketinq strategiyasının hazırlanması və strategiyanın tətbiqi üçün lazımi tədbirlərin planlaşdırılması və icrasının təmin etmək.
•  Mövcud qanunvericilik, siyasət, strategiyalar və rəhbərlərinin əmrləri istiqamətində satış proqramına uyğun olaraq zavodun daxili və xarici marketinq işlərini həyata keçirmək
• Satış hədəflərinə çatmaq üçün lazımlı tədbir və dəstək üçün rəhbərinə köməkçi olmaq.
• Müştəri risklərini nəzarətdə saxlamaq üçün lazımi tədbirləri görmək və rəhbərlərinə  zamanında mövzu ilə əlaqədar məlumat vermək.
• Daxili və xarici bazar araşdırması həyata keçirmək, bazardakı inkişafları hesabat halına gətirmək
• Bazarda rəqib zavodların marketinq və satış fəaliyyəti haqqında məlumat toplamaq, fikir və təkliflərini rəhbərlərinə təqdim etmək. 
• Müxtəlif Marketinq layihələrini həyata keçirmək.

Şəxsi keyfiyyətlər:

• Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
• İşə operativ yanaşma və çətin vəziyyət zamanı çıxış yollarının göstərilməsi
• Dəqiqlik, məsuliyyət, pozitivlik 

Namizədə tələblər:

• Boya, Tikinti və İstehsalat sahəsində iş təcrübəsi: 3-5 il
• Marketinq  sahəsində yazışma və prosedurların düzgün aparılması
• Komanda ilə işləmə bacarığı
• Ali təhsil
• Azərbaycan-əla, ingilis - yaxşı,rus dili - əla;
• Micorsoft Office proqramlarını bilməlidir 

İş şərtləri:

• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir; Sınaq müddəti olacaq.
• Korporativ nömrə və danışıq vaxtı və nahar şirkət tərəfindən təmin edilir.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerində (subject) “Marketinq Təmsilçisi” qeyd edərək hr@polistar.az ünvanına göndərməyiniz xahiş olunur.

Müraciət üçün son tarix:  30.06.2019

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP