Keyfiyyətə zəmanət üzrə müfəttiş
 
JOB TITLE: Keyfiyyətə zəmanət üzrə müfəttiş
EMPLOYER: Sumgait Technologies Park LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-07-19 LAST UPDATED: 2019-07-19 DEADLINE: 2019-08-18

Vəzifənin adı: Keyfiyyətə zəmanət üzrə müfəttiş

Vəzifə öhdəlikləri:

• Keyfiyyətə nəzarət/zəmanət prosedurlarının yazılması, yenilənməsi və tətbiq edilməsi;
• Görülən işlərin keyfiyyətinə nəzarət edilməsi və müvafiq standartlara uyğun sənədləşdirilməsi;
• Keyfiyyət göstəriciləri ilə bağlı birbaşa rəhbər ilə məsləhətləşmələrin aparılması;
• Keyfiyyət auditlərinin həyata keçirilməsi və nəticələr barədə dərhal rəhbərliyə məlumatların verilməsi;
• Beynəlxalq keyfiyyət standartları üzrə işçilərin təlimləndirilməsini və istiqamətləndirilməsinin təmin edilməsi;
• Müvafiq fəaliyyətlərin keyfiyyət standartları ilə uyğunluğuna nəzarət edilməsi;
• İş fəaliyyəti ilə bağlı müxtəlif statistik məlumatların toplanılması, təhlil edilməsi və hesabatların hazırlanılması;
• Qeyri-dağıdıcı (qeyri-destruktiv) təftişlər üçün nümunələrin götürülməsi, yoxlamaların həyata keçirilməsi və nəticələr barədə hesabatların verilməsi.

Təhsil/Təcrübə

• Ali texniki təhsil;
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
• Müvafiq sertifikasiyaya malik olmalı;
• Müvafiq ISO standartları barədə dərin biliklərə malik olmalı;
• Azərbaycan dili sərbəst istifadəçi, İngilis dilini sənədləşdirmə vəviyyəsində bilməsi;
• Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;

Əlavə məlumatlar

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: 5 gün
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Keyfiyyətə zəmanət üzrə müfəttiş” yazaraq cv@stp.az ünvanına göndərilməsi xahiş olunur.
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP