Mühəndis-konstruktor
 
JOB TITLE: Mühəndis-konstruktor
EMPLOYER: METAK DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-02-12 LAST UPDATED: N/A DEADLINE: 2019-03-14

Öz fəaliyyətinə 1997-ci ildə başlamış və ilkin olaraq polad boruların ölkəyə idxalı və daxili bazarda satışı ilə məşğul olan şirkətimizin adı artıq bütün ölkədə nüfuz qazanmışdır. Şirkətin istehsal sexlərində 2000-ci ildən müxtəlif metallardan döymə məmulatları hazırlanmağa, 2003-cü ildən polad boru kəməri elementləri (dirsək və keçidlər), 2005-ci ildən isə müxtəlif təyinatlı tikinti-quraşdırma işləri üçün nəzərdə tutulan tikinti işkələləri və dirəkləri istehsal olunmağa başlanmışdır. Həmçinin, 2005-ci ildən bazar tələbatını nəzərə alaraq yüksək keyfiyyətli polipropilen xammalından hazırlanan və öz sərfəliliyi və uzunömürlülüyü ilə seçilən plastik boru və fitinqlərin istehsalına başlamışıq. METAK şirkətinin nüfuzunu həm istehsal etdiyi mallara ölkə miqyasında olan tələbatdan, həm də Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və digər MDB bazarlarında dünya üzrə aparıcı istehsalçılarla uğurla apardığı rəqabətdən də aydın görmək olar. Hal-hazırda METAK brendi altında alıcılara 2500-ə yaxın məhsul çeşidi təklif olunur. 2017-ci ildə METAK 20 illik yubileyini qeyd etmişdir və 750 nəfərlik əməksevər kollektivi ilə yeni parlaq nailiyyətlərə imza atmağı qarşısına məqsəd qoymuşdur.

Mühəndis-konstruktor

İş barədə məlumat

• Kompyuter texnikasından istifadə etməklə məmulatların, eskiz, texniki və işçi layihələrini işləyib hazırlanması.
• Qeyri-standart avadanlıqların layihələrinin işlənib hazırlanması
• Yeni konstruksiyalarin qurulması və sınağının təşkil
• İşlərin hazırlanacaq konstruksiyaların texniki tapşırıqlara, standartlara, istehsalatda iqtisadi texnologiyanın tələblərinə uyğun olmasını, istifadəsini təmin edir.

Namizədə tələblər

• cins:kişi
• Yaşı:30-55
• Təhsili: Ali, maşınqayırma texnologiyası
• İş stajı 5 ildən çox
• Alət sexində, maşınqayırma sahəsində müvafiq iş təcrübəsi
• Kompyuter bilikləri: Autocad,Solid Works və yaxud başqa 3D CAD-CAM proqramları
• Özündən yaradıcı fikirlər irəli sürən.
• Kollektivdə işləmək bacarığı.

İş şəraiti

• Əmək haqqı danışıq əsasında;
• Nahar şirkət tərəfindən verilir;
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.

Maraqlananlar saytda onlayn-anketi dolduraraq  https://www.metak.az/resume/resume.php?vid=39
və ya hr@metak.az ünvanına CV göndərərək 11.03.2019 – cu il tarixinə kimi müraciət edə bilərlər.
Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP