Mağaza Menecerinin assistenti
 
JOB TITLE: Mağaza Menecerinin assistenti
EMPLOYER: NOVCO Group of Companies DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-02-12 LAST UPDATED: N/A DEADLINE: 2019-03-14

Novco Şirkətlər Qrupu 1994-cü ildən Azərbaycanda fəaliyyətə başlamışdır. Hal-hazırda ölkəmizdə və xaricində moda sahəsidə pərakəndə satış ilə məşğul olan dayanıqlı və tanınmış şirkətlərdən biridir. Səmimi kollektiv, karyera perspektivi, ədalətli idarəetmə prinsipi ilə digər şirkətlərdən fərqlənirik.

Şirkət özündə Coccinelle, Coast, Tommy Hilfiger, Lacoste, Bebe, Adidas, Monnalisa, Pablosky, adl, Monsoon, Accessorize, United Colors of Benetton, Sisley, OVS kimi dünyanın tanınmış brendlərini birləşdirir.

“Bizim komandaya sən də qoşul!”

Vəzifə: Mağaza Menecerinin assistenti

Vəzifə öhdəlikləri:

- Satış təmsilçilərinin işini koordinasiya edir, eyni zamanda özü də satışda iştirak edir
- Məhsulun xüsusiyyətləri, onun istifadəsi və qulluğu haqqında alıcılara məlumat verir
- Müştəri məmnunluğunu təmin edir
- Mağaza menecerinə idarəetmədə kömək edir

Tələblər:

- Azərbaycan və rus dilində sərbəst ünsiyyət qurmağı bacarağı
- Prezentasiya etmə və inandırma bacarığı
- Ünsiyyət qurma bacarığı
- Brend geyim mağazalarında iş təcrübəsi
- Kollektivlə işləmə bacarığı
- İdarəetmə qabiliyyətı

Əmək şəraiti:

- Əmək Məcəlləsinə uyğun olaraq sənədləşmə
- 8 saatlıq norma ilə mağazanın daxili qrafiki əsasında
- Nahar Şirkət tərəfində ödənilir
- İl ərzində 21 gün əmək məzuniyyəti

E-mail: hr@novco.com

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP