
LAYİHƏ MENECERİ
Vəzifə öhdəlikləri :
• Fərdi olaraq layihəni idarə edir və uğurlu şəkildə nəticəyə çatmasını təmin edir, • Heyətin işə götürülməsi, idarəedilməsi, • Resursların ayrılmasına, düzgün istifadəsinə nəzarət edir və layihənin müəyyənləşdirilmiş büdcə çərçivəsində həyata keçməsini təmin edir; • Günlük, həftəlik və aylıq iş planlarının tərtib edilməsi , satış və anbar hesabatlarının hazırlanmasını təmin etmək • Məhsulların keyfiyyətinə və təqdimatına nəzarət etmək • Mövsümi menyuya dəyişikliklər, yeni məhsullar təklif etmək • Üzləşilə biləcək riskləri müəyyən etmək, Stres və münaqişə hallarını idarə etmək • Fəaliyyət ərazisində gündəlik gəzinti-baxış keçirmək, təmizlik səviyyəsinin, digər məlumatların yerində olmasından əmin olmaq • Müştərilərə göstərilən xidmət standartlarının icrasına nəzarət etmək və Müştəri məmnuniyyətini təmin etmək
Tələblər
• Catering, mehmanxana və ya restoranlarda personalın idarə olunması üzrə iş təcrübəsi mütləqdir; • Xidmət sahəsində işçi heyyət bazası məlumatının olması • Microsoft Office proqramlarını sərbəst bilmək • Tələbkarlıq • Təşkilatçılıq bacarığı • Ətrafdakılarla münasibət qurmaq və yarana biləcək problemləri həll etmək qabiliyyətinə malik olmaq • Analitik qabiliyyətli, inkişaf etməyə meyli olan və liderlik cəhətlərinə malik bir şəxs olmaq
İş şəraiti:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə; • Həftədə 6 iş günü, 1 gün istirahət: • Nahar şirkət tərəfindən təmin edilir; • Əmək haqqı 700 AZN (Gross) 640.50 (NET)
Qeyd : Tələblərə uyğun gələn namizədlərdən mövzu yerinə “Layihə Meneceri” yazıb hr@limecatering.az ünvanına CV göndərməsi xahiş olunur.
|