
Şirkət haqqında:
1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2019-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifə - Biznes inkişafı üzrə menecer
İş yeri - Bakı şəhəri İş təcrübəsi - 3-5 il Yaş həddi- 30-50 Təhsil - Ali iqtisadi təhsil
İşin Təsviri
Yeni biznes əlaqələri yaratmaq və mövcud biznes əlaqələrini inkişaf etdirməklə biznes strategiyasının hazırlanması və həyata keçirilməsi.
Vəzifə öhdəlikləri:
- Şirkətin biznes inkişafı strategiyasının, uzun və qısa müddətli biznes planların hazırlanması; - Ölkədaxili və ölkəxarici mümkün biznes tərafdaşlarla biznes əlaqələrin yaradılması və şirkət nümayəndələri ilə görüşlərin keçirilməsi; - Bazarda mövcud olan şirkətlərin təhlili və seqmentasiyası; - Bazar payının artırılması üçün yeni satış kanallarının yaradılması; - Mövcud marketinq strategiyalarının, maliyyə imkanlarının və mümkün biznes əlaqələrin təhlil edilməsi; - Zəruri marketinq tədbirlərinin müəyyən edilməsi və xərclərin optimallaşdırılması; - Mövcud və ya potensial müştərilərin şirkətə bağlılığının artırılması üçün strateji hədəflərin analizi və tətbiq edilməsi; - Görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndirilməsi; - Dövrü hesabatların hazırlaması və nəticələrin təhlili.
Tələblər:
- Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı; - Qərar vermə bacarığının, yüksək ünsiyyət, analitik düşüncə və layihə idarəetmə qabiliyyətinin olması; - Biznes danışıqlarının aparılması qabiliyyətinin olması; - Ölkədaxili və ölkəxarici ezamiyyət imkanlarının olması.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İki gün istirahət günü; - Nahar ilə təmin edilmə.
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: CV-nizi cv@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Biznes inkişafı üzrə menecer” yazıb göndərməklə müraciət edə bilərsiniz.
|