
Vakansiyalar
Lənkəran filialına hüquqşünas (fəaliyyət göstərəcəyi region - Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar) Sabirabad filialına hüquqşünas (fəaliyyət göstərəcəyi region - Hacıqabul, Şirvan, Saatlı, Sabirabad, Salyan, Neftçala, İmişli) Şəki filialına hüquqşünas (fəaliyyət göstərəcəyi region - Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı)
Namizədə dair tələblər:
- Hüquq sahəsi üzrə ali təhsilinin olması; - İş təcrübəsi - minimum 2 il; (bank sahəsində və məhkəmədə iş təcrübəsinin olması arzuolunandır) - Azərbaycan Respublikası qanunlarının (Mülki, Mülki Prosessual, İnzibati Prosessual, Ailə, Əmək Məcəllələri, Banklar haqqında, İpoteka haqqında Qanun və s.) əsaslarını bilməli; - Kargüzarlıq qaydalarının əsaslarını bilməli; - Kompyuter bilikləri (Microsoft Office proqramları); - Azərbaycan dilini sərbəst bilməli; (Rus və ingilis dilini bilməsi arzuolunandır) - Ciddi, məsuliyyətli, səliqəli olmalı; - Yüksək qavrama və öyrənmə qabiliyyətinə malik olmalı; - Sürücülük vəsiqəsinin olması arzuolunandır.
İş barədə məlumat
- Məhkəmədə, icra şöbələrində, dövlət idarələri və digər təşkilatlarda bankı təmsil etmək, onun hüquq və mənafelərini müdafiə etmək; - Məhkəmələrə Bankın adından ərizələr və iddia ərizələri, iddialara etirazlar, sorğular, vəsatətlər və apellyasiya şikayətləri hazırlamaq; - Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada, müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması; - Məhkəmə aktlarının (qətnamə, əmr və s.) uçotunu aparmaq; - Məhkəmə qərarlarının icraya yönəldilməsinin təmin edilməsi və icra sənədinin icrası zamanı bankın əleyhinə qəbul edilmiş qərarlardan şikayətlərin hazırlanması; - Rəhbərliyin verdiyi digər hüquqi xarakterli iş tapşırıqların icrası.
Maraqlanan şəxslər öz CV formalarını cv@accessbank.az elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.
|