Təchizat üzrə mütəxəssis (Qusar rayonu üzrə)
 
JOB TITLE: Təchizat üzrə mütəxəssis (Qusar rayonu üzrə)
EMPLOYER: METAK DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-02-01 LAST UPDATED: N/A DEADLINE: 2019-03-03

Öz fəaliyyətinə 1997-ci ildə başlamış və ilkin olaraq polad boruların ölkəyə idxalı və daxili bazarda satışı ilə məşğul olan şirkətimizin adı artıq bütün ölkədə nüfuz qazanmışdır. Şirkətin istehsal sexlərində 2000-ci ildən müxtəlif metallardan döymə məmulatları hazırlanmağa, 2003-cü ildən polad boru kəməri elementləri (dirsək və keçidlər), 2005-ci ildən isə müxtəlif təyinatlı tikinti-quraşdırma işləri üçün nəzərdə tutulan tikinti işkələləri və dirəkləri istehsal olunmağa başlanmışdır. Həmçinin, 2005-ci ildən bazar tələbatını nəzərə alaraq yüksək keyfiyyətli polipropilen xammalından hazırlanan və öz sərfəliliyi və uzunömürlülüyü ilə seçilən plastik boru və fitinqlərin istehsalına başlamışıq. METAK şirkətinin nüfuzunu həm istehsal etdiyi mallara ölkə miqyasında olan tələbatdan, həm də Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və digər MDB bazarlarında dünya üzrə aparıcı istehsalçılarla uğurla apardığı rəqabətdən də aydın görmək olar. Hal-hazırda METAK brendi altında alıcılara 2500-ə yaxın məhsul çeşidi təklif olunur. 2017-ci ildə METAK 20 illik yubileyini qeyd etmişdir və 750 nəfərlik əməksevər kollektivi ilə yeni parlaq nailiyyətlərə imza atmağı qarşısına məqsəd qoymuşdur.

Təchizat üzrə mütəxəssis (Qusar rayonu üzrə)

İşin təsviri:

- Daxili bazarın araşdırılması və müqayisə olunması;
- Satınalmalar üzrə sənədləşmə işlərinin aparılması;
- Çatdırılmaya, logistika və nəqliyyata nəzarətin təşkili.

Tələblər:

- Ali təhsil;
- MS Office proqramları üzrə biliklər;
- Satınalma və təchizat sahəsində ən azı 1 il iş təcrübəsi;
- Dəqiq və sürətli işləmək bacarığı.

İş şəraiti

- 6 günlük iş həftəsi
- Nahar şirkət tərəfindən verilir
- Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir
- Əmək haqqı danışıq əsasında
- Iş yeri: Qusar rayonu

Maraqlananlar saytda https://www.metak.az/resume/resume.php?vid=129 onlayn-anketi dolduraraq və ya hr@metak.az ünvanına CV göndərərək  01.03.2019 – cu il tarixinə kimi müraciət edə bilərlər.

Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP