Xadimə
 
JOB TITLE: Xadimə
EMPLOYER: Bank Respublika ASC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-02-01 LAST UPDATED: N/A DEADLINE: 2019-03-03

Bank Respublika ASC “Xadimə” vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 26 il ərzində Bank Respublika Sizə Faydalı prinsipinə sadiq qalaraq öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Hal-hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 27 filialda, peşəkar komandamızda 1000-dən artıq əməkdaş çalışmaqdadır. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Banka aid olan ofisdə təmizlik işlərinin həyata keçirilməsi;
• İş vaxtı ərzində təmizliyin təmin edilməsi.

Namizədə qarşı tələblər:

• İş təcrübəsi: aidiyyatı sahə üzrə iş təcrübəsi arzuolunandır;
• Dil bilikləri: Azərbaycan dili əla;
• Təmizkarlıq, punktuallıq, çalışqanlıq və dürüstlük
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

İş şərtləri:

• İş vaxtı: 08:00 – 17:00 .
• İş günləri: 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri iş günü).

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 17 fevral 2019-cu il tarixinədək HR@bankrespublika.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Xadimə”  şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP