Maliyyə direktoru
 
JOB TITLE: Maliyyə direktoru
EMPLOYER: Kontinent İnşaat MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-01-31 LAST UPDATED: N/A DEADLINE: 2019-03-02

Funksiyaları

  Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi və ona nəzarət;
  Digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsinin təşkili;
  Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərinin, xərclər smetasının hazırlanması, məhsulun satışı, iş və xidmətlərin yerinə yetirilməsinə nəzarət;
  Maliyyə hesabatı, müəssisənin fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkili;
  Pul vəsaitləri və mal-material qiymətlilərinin çatışmazlıqları və mənimsənilməsi haqqında sənədlərin tərtibində iştirak, lazımi hallarda müvafiq işlərin hüquq-mühafizə orqanlarına verilməsinin idarə olunması;
  Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi (rəhbərliyin təsdiqi əsasında);
  Müəssisənin ümumi strateji planı çərçivəsində maliyyə siyasətinin icrasının təmin etmək;
  Müəssisənin illik büdcəsininin hazırlanmasını təşkil və icrasına nəzarət etmək;
  Xərclərin azaldılmasına (optimallaşdırılmasına) və maliyyə intizamının gücləndirilməsinə yönəldilmiş tədbirləri hazırlamaq və icrasına nəzarət etmək;
  Vəzifə təlimatlarına və maliyyə departamentinin hədəflərinə əsaslanaraq işçilərin performanslarını qiymətləndirmək;
  Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik;
  Maliyyə planının hazırlanmasını və yerinə yetirilməsini təşkil etmək;
  Şirkətin maliyyə hesabatların BMUS (İFRS) uyğun hazırlayıb rəhbərliyə və o cümlədən lazımi tələb olunan yerlərə təqdim edir. Müstəqil audit üçün bütün lazım olan məlumatları keyfiyyətli və vaxtında hazırlanmasını idarə etmək;
  Yeni proqram təminatlarının implementasiyası və ya mövcud proqramın işlək olmasının təmin etmək;
  Vergi və audit yoxlamaları zamanı məlumatların düzgün və dolğun formada təqdim edilməsini təşkil etmək;
  Müstəqil auditorlara iş əlaqələndirilməsi və audit hesabatın hazırlanmasınn koordinasiya etmək;
  Rəhbərlik tərəfindən verilən bütün tapşırıqları yerinə yetimək;

Vəzifəyə olan tələblər

  Təhsil: Maliyyə sahəsi üzrə ali ixtisas təhsili;
  Təcrübə: Maliyyə-mühasibat işi üzrə 5 ildən az olmayaraq iş stajı;
  Kompyuter  biliyi: Word, Excel və İnternetdə işləmə bacarığı;
  Elektron Maliyyə programları bilik və işlətmə bacarıqı;
  İdarəçilik qabiliyyətlərinə malik olmalı, mövcud qanunvericiliyi bilməlidir;
  Vaxtın düzgün idarə edilməsi qabiliyyəti;
  Yaradıcılıq və təşəbbüskarlıq qabiliyyəti;
  ACCA, CIMA, CPA və ya bunlara ekvivalent olan beynəlxalq sertifikatlara malik olmalı;
  Dil biliyi: Azərbaycan, Rus, İngilis.

Digər şərtlər

  Əmək haqqı 5000-7000 azn (net)

Bilməlidir

 Rəhbərliyin qərar, sərəncam və əmrlərini;
 Mühasibat uçotunun təşkilini, mühasibat hesabatlarının tərtibini;
 Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinə aid olan maliyyə və nəzarət-təftiş orqanlarının və digər rəhbər orqanların metodiki, normativ və digər rəhbər materiallarını;
 Müəssisənin strukturunu, onun prespektiv inkişafını;
 Mühasibat uçotunun müəssisələrdə təşkilini;
 Maliyyə hesablarının forma və qaydalarını;
 Pul, maddi vəsaitlərin daxil edilməsi, qəbulu, saxlanılması və xərclənməsi qaydalarını;
 Pul, maddi vəsaitlərinin, debitor borclarının silinməsi qaydalarını;
 Debitor və kreditorlarla hesablaşma qaydalarını;
 Mühasibat balanslarının və hesabatlarının tərtib edilməsi qaydalarını;
 Yoxlanış və sənədli təftişin qaydalarını;
 Müəssisənin təsərrüfat və maliyyə fəaliyyətinin təkmilləşdirilməsində qabaqcıl təcrübəni;
 İqtisadiyyatın əsaslarını, istehsalın, əməyin və idarəetmənin təşkilini;
 Mülki hüququ, əmək, maliyyə və təsərrüfat qanunvericiliyini;
 Əməyin mühafizəsi; təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.

Maraqlanan namizədlərdən öz cv-lərini hr@kontinent.az ünvanına göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP