
Şirkət haqqında:
1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2019-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifə: Satış müdiri
İş yeri: Bakı şəhəri İş təcrübəsi: Rəhbər vəzifədə ən azı 3 il iş təcrübəsi Təhsil: Müvafiq sahədə ali təhsil Yaş həddi: 25-40
İşin təsviri:
Satış şöbəsi ilə bağlı bütün fəaliyyəti istiqamətləndirmək və idarə etmək, habelə bütün xidmət standartlarına riayət edilməsini təmin etmək.
Vəzifə öhdəlikləri:
- Şirkətin məhsulları üçün potensial bazarları müəyyənləşdirmək məqsədilə sorğular keçirmək; - Mövcud çeşidlərin yeniləri ilə əvəz olunması üçün rəhbərliyə təkliflər vermək; - Şirkətin müştərilərlə əlaqələrini inkişaf etdirmək; - Satış proqnozları və strateji planlaşdırmadan istifadə edərək məhsulların rentabelliyi və satışını müəyyənləşdirmək, biznesin inkişafını analiz etmək və bazar tendensiyalarının monitorinqini aparmaq; - Satış nöqtələri ilə əldə edilən razılaşmaya əsasən (rəf payı, düzülüş) tətbiq edilən kampaniyaların şərtlərinin həyata keçirilməsini yoxlamaq və hesabat halına salmaq; - Direktor ile birliktə rüblük satış hədəflərini təyin etmək və bu hədəflərə nail olmaq üçün fəaliyyət proqramı hazırlamaq və həyata keçirilməsini təşkil etmək; - Aylıq, rüblük və illik əsaslarda satış hədəflərinə nail olunmasını təmin etmək; - Müştərilərin məlumat bazasının dəqiqlik və mükəmməllik üçün satış proqramlarının monitorinqini təmin etmək.
Tələblər:
- Satış dövriyyəsi sahəsində rəhbər vəzifədə iş təcrübəsinin olması; - Fərdi söhbət və problemi həlletmə bacarıqlarına malik olmaq; - Liderlik qabiliyyəti; - Analitik düşünmə bacarığı və statistik göstəricilərlə işləmə qabiliyyəti; - Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı; - MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma; - Nahar ilə təmin edilmə.
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: cv@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Satış müdiri” yazmaqla CV göndərərək müraciət edilir.
|