Havalandırma, isitmə və soyutma sistemləri üzrə mütəxəssis (usta)
 
JOB TITLE: Havalandırma, isitmə və soyutma sistemləri üzrə mütəxəssis (usta)
EMPLOYER: Veysəloğlu Şirkətlər Qrupu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-01-31 LAST UPDATED: 2019-02-07 DEADLINE: 2019-03-02

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2019-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Havalandırma, isitmə və soyutma sistemləri üzrə mütəxəssis (usta)

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 3 il
Təhsil: Müvafiq sahə üzrə peşə təhsili

İşin Təsviri: Marketlər şəbəkəsində havalandırma sistemləri və kondisionerlərin yoxlanılması və təmir işlərinin həyata keçirilməsi.

Vəzifə öhdəlikləri:

- Marketlər şəbəkəsində mərkəzi havalandırma sistemləri və kondisionerlər ilə bağlı müntəzəm olaraq yoxlamaların həyata keçirilməsi;
- Marketlərdə olan havalandırma, istilik, soyutma sistemlərinə aid avadanlığın tam keyfiyyətlə işləməsinin idarəsi;
- Yoxlamalar zamanı aşkarlanan nasazlıqların və problemlərin aradan qaldırılması;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və məsuliyyətli şəkildə yerinə yetirilməsi.

Tələblər:

- Havalandırma, isitmə və soyutma sistemləri, kondisionerlər haqqında yaxşı səviyyədə biliklərə sahib olmalı;
- Şəxsi avtomobili olmalıdır.

Təminatlar:

- Avtomobilin yanacaq xərcləri şirkət tərəfindən qarşılanır;
- Nahar ilə təmin edilir.

Əlaqə nömrəsi: 055 209 72 67

Müraciət qaydaları: CV-nizi cv@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Havalandırma, isitmə və soyutma sistemləri üzrə mütəxəssis (usta)” yazıb göndərməklə müraciət edə bilərsiniz..

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP