Mağaza meneceri / Fashion Retail
 
JOB TITLE: Mağaza meneceri / Fashion Retail
EMPLOYER: NOVCO Group of Companies DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-01-30 LAST UPDATED: N/A DEADLINE: 2019-03-01

Novco Şirkətlər Qrupu 1994-cü ildən fəaliyyətə başlayaraq Azərbaycanda Fashion Retail sahəsində nüfuzu ilə seçilən ilk şirkətlərdən biridir. Şirkətimiz Tommy Hilfiger, Lacoste, Coccinelle, Coast,  Bebe, Adidas, Monnalisa, Pablosky, Monsoon, Accessorize, United Colors of Benetton, Sisley və s. dünyanın tanınmış geyim və aksesuar brendlərini Azərbaycanda təmsil edir. Şirkətimizin fəaliyyəti ölkə sərhədləri ilə məhdudlaşmayaraq Türkiyə və Gürcüstanda da müvəffəqiyyətlər qazanır. 

Şirkət: NOVCO MMC
Vəzifə: Mağaza meneceri / Fashion Retail

Vəzifə öhdəlikləri

- Mağazaya təyin edilən satış hədəfinə çatmaq
- Satış heyətinin idarə edilməsi
- İşçilərə daxili təlimlərin verilməsi
- İşçilərin iş qrafikinin qurulması və nəzarəti
- Marketinq fəaliyyətlərində əlaqəli şöbələrlə sıx əməkdaşlıq etmək

Tələblər

- Moda və satış sahəsində əlaqəli iş təcrübəsi
- Satış texnikası
- İdarəçilik qabiliyyəti
- Vaxtın idarə edilməsi
- Analitik düşüncəli
- Rus və İngilis dili biliyi arzuolunandır

Əmək şəraiti:

- 2 növbədən ibarət olmaqla 8 saatlıq iş qrafiki
- Nahar Şirkət tərəfindən ödənilir
- Sənədləşmə, Əmək məzuniyyəti və s. prosedurlar Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir

Vakansiyaya uyğun olan namizədlər  CV-lərini career@novco.com   ünvanına  mövzu yerində “Mağaza meneceri” yazaraq göndərə bilərlər

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP