Hüquqşünas
 
JOB TITLE: Hüquqşünas
EMPLOYER: R-Pharm MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-01-30 LAST UPDATED: N/A DEADLINE: 2019-03-01

“R-Pharm” MMC şirkəti - Azərbaycanda müasir standartlara cavab verən dərman zavodunu inşa edir. Bu layihə Azərbaycanın dərman təhlükəsizliyinin təmin olunması, ixrac potensialının artırılması, əczaçılıq bazarına daxil olan dərman məhsullarının keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilib.

Hüquqşünas

Ümumi vəzifə öhdəlikləri:

• Şirkətdə və şirkət tərəfindən normativ-hüquqi aktların müddəalarının düzgün tətbiq edilməsini təmin edir;
• Şirkətin fəaliyyəti ilə bağlı bütün sənədlərin (qərarlar, əmrlər, sərəncamlar, əsasnamələr, prosedurlar və s.) qanunvericiliyə uyğunluğunu təmin edir və lazım gəldikdə razılığını bildirir (sənədlərin müvafiq yerində imza etməklə);
• Şirkətdə və şirkət tərəfindən  hüquq pozuntularına yol verməmək üçün, baş verdiyi təqdirdə isə rəhbərliklə birgə aradan qaldırılması məqsədilə hüquqi tədbirlərin görülməsini təmin edir;
• Şirkət tərəfindən imzalanmalı müqavilələrin/kontraktların qanunvericiliyə və Cəmiyyətin maraqlarına uyğunluğunu təmin edir;
• Şirkətin təsis sənədlərində edilən dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərin hazırlanmasını və icra edilməsini təmin edir;
• Şirkətdə kadr-uçot sənədlərinin qanunvericiliyin tələblərinə uyğun qaydada hazırlanmasına və hərəkətinə nəzarəti və bu sahəyə hüquqi yardımı təmin edir;
• Şirkətin qanunla qorunan maraqlarının müdafiəsi məqsədilə mübahisələrin məhkəmədənqabaq həlli (pretenziya qaydasında) ilə bağlı müvafiq lazımi tədbirlərin həyata keçirilməsini təmin edir;
• Şirkəti məhkəmələr qarşısında lazımi qaydada təmsil olunmasını və məhkəmələrdə Cəmiyyətin maraqlarının gərəkən müdafisənin təşkilini təmin edir;
• Şirkətə vurulmuş maddi və mənəvi zərərin hüquqi vasitələrdən istifadə ediməsilə ödənilməsini təmin edir;
• Şirkətin fəaliyyəti ilə bağlı hüquqi məsləhətlər, rəylər və arayışlar verir.

Tələblər:

• Hüquq sahəsində  Bakalavr və ya Magistr dərəcəsi;
• Hüquq sahəsində ən azı 3 il iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan (əla), rus (əla) və ingilis (yaxşı);
• MS Office proqramlarını yaxşı bilmək;
• Məsuliyyətli, dürüst və dəqiq.

Yuxarıda sadalanan tələblərə cavab verən namizədlərin Mövzu yerinə vakansiya adı kimi “Hüquqşünas” qeyd edərək   bayramova@rpharm.ru e-mail ünvanına müraciət etmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP