İstifadə olunmuş mikro - avtobusun alınması
 
JOB TITLE: İstifadə olunmuş mikro - avtobusun alınması
EMPLOYER: GIZ Azerbaijan DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-01-29 LAST UPDATED: N/A DEADLINE: 2019-02-28

Bütün tender iştirakçılarına

Layihənin nömrəsi: 16.21796-004.00
Layihənin adı:  “Qəbələ, İsmayıllı və Qax rayonlarının kənd təsərrüfatı və turizm sahələrində Dual Peşə Təhsil və Təlim pilotların yaradılması”
Ölkə: Azərbaycan
Tenderin mövzusu: İstifadə olunmuş mikro - avtobusun alınması

Hörmətli xanımlar və cənablar,

GIZ-in Bakıdakı ofisi “Qəbələ, İsmayıllı və Qax rayonlarının kənd təsərrüfatı və turizm sahələrində Dual Peşə Təhsil və Təlim pilotların yaradılması” layihəsi çərçivəsində istifadə olunmuş mikro - avtobusun alınması üzrə tender elan edir.

Alınacaq mikro - avtobusun texniki göstəriciləri aşağıdakı kimidir:

İstehsal ili: ən azı 2008
Oturacaqların sayı: 20 nəfərlik
Mühərrikin həcmi: 2.0 L
Mühərrikin gücü:  155 a.g.və çox ola bilər
Yanacaq növü Dizel
Sürətlər qutusu: mexaniki
Ötürücü: arxa
Kondisioner

Sizdən,  08.02.2019-cu il tarixinədək verilmiş texniki göstəricilərə uyğun mikro-avtobusa dair şəkillə birlikdə qiymət təkliflərinizi qapalı zərfdə GİZ-in ofisi, Rəsul Rza 75, Winter Park Plaza, 2-ci mərtəbə, otaq 202  ünvanına təqdim etmənizi xahiş edirik. Diqqətinizə çatdırmaq istəyirik ki, mikro – avtobus  GİZ və Aİ –nın birgə layihəsi üçün alınacağına görə həmin layihə ƏDV-dən azaddır. Əlavədə həmin layihənin ƏDV-dən azad olma məktubunu nəzərinizə çatdırırıq. Qiymət təklifərinizi  hazırlayan zaman bunu nəzərə almağınız xahiş olunur.

Texniki məsələlər üzrə sualınız olduğu təqdirdə 04 fevral 2019-cu il tarixinədək elektron poçt vasitəsilə Səbinə Hacıyevaya  (sabina.hajiyeva@giz.de) müraciət edə bilərsiniz. 04 fevral 2019-cu il tarixindən sonra verilən suallar cavablandırılmayacaqdır.

Hörmətlə,
Səbinə Hacıyeva     

Müqavilələr və alqı satqı üzrə məzul şəxs      

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP