Daxili Audit Xidmətində daxili audit (İT audit) üzrə mütəxəssis
 
JOB TITLE: Daxili Audit Xidmətində daxili audit (İT audit) üzrə mütəxəssis
EMPLOYER: PAŞA Sığorta DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-01-29 LAST UPDATED: 2019-01-31 DEADLINE: 2019-02-28

“PAŞA Sığorta” ASC namizədləri Daxili Audit Xidmətində daxili audit (İT audit) üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Risklərin idarə edilməsi, nəzarət və idarəetmə proseslərinin, İT sistemlərinin effektivliyinin qiymətləndirilməsi və məqsədlərə çatması baxımından daxili audit yoxlamasının keçirilməsi;
• Əsas İT sistemlər və informasiya infrastrukturunda, eyni zamanda biznes proseslərin icrası zamanı yarana biləcək əsas risklərin aşkar edilməsi, analizi və qiymətləndirilməsi, müvafiq nəzarət mexanizmlərinin mövcudluğunun yoxlanılması və müvafiq tövsiyələrin verilməsi;
• Təsdiq olunmuş İllik Audit Planına və Təftiş Komissiyasının tapşırığına əsasən audit, sonrakı audit və xüsusi audit layihələrinin həyata keçiririlməsində iştirak etmək ;
• Audit prosedurların həyata keçirilməsində iştirak etmək (audit obyektindən məlumat toplamaq, əldə olunan məlumatı təhlil etmək və s.) və aşkar olunmuş çatışmazlıqlar haqqında birbaşa rəhbərinə vaxtaşırı məlumat vermək ;
• Audit layihələri üzrə hesabatların hazırlanmasında iştirak etmək ;
• Aylıq, rüblük və illik hesabatların hazırlanmasında iştirak etmək ;
• Audit zamanı müəyyən olunmuş nöqsanlar barədə Audit Xidmətinin rəhbərinə məlumat vermək ;
• Audit nəticələrinin izlənilməsi;
• Birbaşa rəhbəri və ya Daxili Audit Xidmətinin Rəhbəri tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyəti çərçivəsində yerinə yetirmək;

BİLİKLƏR

• Müvafiq sahədə ali təhsil (İnformasiya Təhlükəsizliyi, İnformasiya Texnologiyaları, Maliyyə, İqtisadiyyat, Biznesin İdarə Edilməsi) ;
• Audit və ya IT üzrə biliklər ;
• Azərbaycan dili biliyi, İngilis və Rus dilləri biliyi (İT, Audit, Biznes Prosesslər və s. istiqamətdə məlumatların oxuması və başa düşülməsi üçün kafi dərəcədə).

TƏCRÜBƏ

• Müvafiq iş təcrübəsi: 2 ildən artıq ;

BACARIQLAR

• Yüksək peşə keyfiyyətlərinə malik olmaq ;
• Öz biliklərini təkmilləşdirməyə və yeni vərdişlərə yiyələnməyə həvəs göstərmək
• Məsuliyyətlilik, dəqiqlik, səliqəlilik və təşkilatçılıq qabiliyyəti;
• Audit prosedurları həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması ;
• Analitik düşüncə tərzi, ünsiyyət qurma bacarıqları ;
• Müşahidə aparmaq və faktları müəyyən etmək bacarığı ;
• Kompüter biliyi və müvafiq proqram təminatı (MS Windows məsulları üzrə) ilə işləmək bacarığı ;
• Problemlərin effektiv həll edilməsi bacarığı.

Son müraciət tarixi: 28 fevral, 2019.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP