Kredit qrupunun rəhbəri
 
JOB TITLE: Kredit qrupunun rəhbəri
EMPLOYER: İcraçı Kredit Agentliyi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-01-25 LAST UPDATED: N/A DEADLINE: 2019-02-24

Vəzifə: Kredit qrupunun rəhbəri 

Müddət: 25.01.2019-25.02.2019 saat 18:00 qədər.

İcraçı Kredit Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatına kredit qrupunun rəhbəri vəzifəsinə təcrübəli mütəxəssis işə dəvət edilir.

Bakı, Azərbaycan

1.  İKA-nın Kredit qrupunun rəhbərinin məsuliyyət və vəzifələrinə aşağıdakılar daxildir:

-  Təşkilat üzrə kreditləşmənin aparılmasını, o cümlədən kreditlərin qiymətləndirilməsini və müvafiq qaydada sənədləşdirilməsini, habelə kredit dosyelərinin tələblərə uyğun saxlanmasını təmin edir;
-  Kredit və borcvermə siyasətləri üzrə təkliflər hazırlayır;
-  Kreditlərin iqtisadi cəhətdən düzgün qiymətləndirilməsini təmin edir;
-  Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına, Milli Banka və tələb olunduğu halda digər müvafiq orqanlara hesabatların hazırlanmasında və göndərilməsində iştirak edir;
-  Kreditlərinin verilməsi üzrə icra təlimatlarının və kredit müqavilələrinin hazırlanmasında iştirak edir.
-  Kreditləşmə ilə bağli bölgələrə ezamiyyəyə gedir;
-  İş planlarını tərtib edir;
-  Kredit öhdəliklərinin vaxtında qaytarılması ilə bağlı tədbirlər görür;
-  Sənədlərin arxivə hazırlanmasını təşkil edir;
-  Monitorinq və risklərin idarəolunması üzrə menecerin kreditlə bağlı verdiyi digər tapşırıqları icra edir. 

Müddət

Kredit qrupunun rəhbəri ilə 3 ay sınaq müddətinə müqavilə  imzalanacaqdır. Bu müqavilə üzrə ilk 3 aydan sonra onun vəzifəyə uyğunluğunun qənaətbəxşliyi müəyyənləşdirilərək, tutduğu vəzifəyə təsdiq ediləcəkdir.

İxtisaslaşma

Kredit qrupunun rəhbəri aşağıdakı keyfiyyətə, ixtisasa və təcrübəyə malik olmalıdır:

a) Azərbaycan vətəndaşı olmaq və azərbaycan dilində səlis  bilmək;
b) İqtisadiyyat, maliyyə və kredit  sahəsi üzrə ali təhsil;
c) Kredit, bankçılıq, maliyyə və ya əlaqədar sahədə ixtisaslaşma;
d) Maliyyə və kredit sahəsində azı üç il peşəkar təcrübə;
e) Excel/Word, Access proqramında,  E-poçtla işləmək bacarıqları daxil olmaqla, kompüterdə əla işləmək bacarığı;
f) Ünsiyyət qurmaq, komandada işləmək bacarığı, əməkdaşlar və payçılarla birgə işləmək xüsusiyyətləri;
g) İşlə bağlı ölkə daxilində mütəmadi ezamiyyətlərə getmək;
h) Rus və ingilis dillərini bilənlərə üstünlük verilir.

Ünvan:

Bakı şəh., Əhməd Rəcəbli küçəsi “! F,
Xahiş olunur bank sahəsində təcrübəsi olmayan şəxslər müraciət etməsinlər
fabbasova@ia-az.net
Tel./Fax: 464-83-35; mobil: (50) 348-10-03

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP