Mərkəzi Xəzinənin Kassiri
 
JOB TITLE: Mərkəzi Xəzinənin Kassiri
EMPLOYER: Kapital Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-01-23 LAST UPDATED: N/A DEADLINE: 2019-02-22

Mərkəzi Xəzinənin Kassiri

Ümumi məlumat

Kapital Bank namizədləri Nağd Vəsaitlərin İdarə Edilməsi Departamentində  Mərkəzi Xəzinənin Kassiri  vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Yerli struktur bölmələrə və onlardan nağd pul daşımalarını həyata keçirən inkassasiya briqadalarının tərkibində iştirak etmək
• Xəzinədə olan nağd pulun və digər qiymətlilərin salamatlığının təmin olunması üçün tədbirlər görmək və tam maddi məsuliyyət daşımaq;
• Nağd pul və digər qiymətlilərlə əməliyyatların aparılmasına, onların qorunmasına dair qaydaları bilmək
• Nağd pulların sayılmasını, çeşidlənməsini, qablaşdırılmasını və bankomat kassetlərinə müvafiq qaydada doldurulmasını həyata keçirmək;
• Xəzinədə mədaxil-məxaric kassa əməliyyatlarının müvafiq qaydalara uyğun aparılmasını təmin etmək;
• Kassirdən qəbul olunmuş arayışları icmallaşdırıb kassa dövriyyələri haqqında ümumi arayış tərtib edərək, mühasibat sənədləri ilə üzləşdirmək və imzalamaq;
• Gün ərzində yerli struktur bölmələrdən Mərkəzi kassaya daxil olan nağd pulun nominallar üzrə uçotunun aparılması və s.

Tələblər

• Ali təhsil;
• Həqiqi Hərbi xidməti bitirmiş
• Bank sahəsində nağd vəsaitlə 3-5 illik iş təcrübəsi;
• Yüksək rəhbərlik və təşkilatçılıq qabiliyyəti;
• Məsuliyyətlilik, operativlik və nizam-intizamlılıq;
• MS Excel proqramı üzrə əla biliklər.

CV-lərinizi, mövzu hissəsində “Mərkəzi Xəzinənin Kassiri” qeyd etməklə hkc@kapitalbank.az e-mail ünvanına göndərə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP