Korporativ satışlar üzrə menecer
 
JOB TITLE: Korporativ satışlar üzrə menecer
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-01-23 LAST UPDATED: N/A DEADLINE: 2019-02-22

Vacancy: Korporativ satışlar üzrə menecer

Vəzifə öhdəlikləri:

• Yeni korporativ müştəriləri cəlb etmək,  müştəri bazasını genişləndirmək;
• Müştəri bazasının genişləndirilməsi məqsədi ilə bazarın müntəzəm təhlilini aparmaq;
• İnternet və digər kanallar üzərindən potensial müştəri və tender axtarışını həyata keçirmək;
• Müştərilərlə zəng və ya e-mail vasitəsi ilə ilkin əlaqəni qurmaq və görüşləri təyin etmək;
• Danışıqlar aparmaq, təqdimatları keçirmək və təklifləri vermək;
• Şirkətin strategiyasına uyğun olaraq məlumat bazalarını təmin etmək və yeniləmək;
• Korporativ müştərilərlə iş səviyyəsini inkişaf etdirmək;
• Görülən işlər barədə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.

Tələblər:

• Korporativ satış sahəsində təcrübə - 3 ildən çox
• Azərbaycan və rus dillərini mükəmməl bilməli
• Ali təhsil
• Elektronika satışı sahəsində təcrübə arzu olunandır

Şəxsi keyfiyyətlər:

• İnsanlarlarla ünsiyyət və münasibət qurmaq bacarığı
• Liderlik keyfiyyətlərinə malik olmalı
• Məsuliyyətli və inkişafa meyilli olmalı
• Stresə davamlı olmalı

İş barədə məlumat:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş qrafiki: I-V günlər, 09:00-18:00
• Əmək haqqı- 1500-2000 AZN

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Korporativ satışlar üzrə menecer” qeyd edərək k.lamia.abctelecom@gmail.com elektron ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP