Baş aşpaz (Entree Azərbaycan MMC)
 
JOB TITLE: Baş aşpaz (Entree Azərbaycan MMC)
EMPLOYER: Veysəloğlu Şirkətlər Qrupu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-01-21 LAST UPDATED: N/A DEADLINE: 2019-02-20

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2019-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Baş aşpaz (Entree Azərbaycan MMC)
İş yeri: Azərbaycan, Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 220 (28 May filialı)
İş təcrübəsi: 3-5 il
Təhsil: Müvafiq sahə üzrə peşə təhsili
Yaş həddi: 25-40

İşin Təsviri: Yüksək keyfiyyətli yeməklərin bişirilməsi prosesinə nəzarətin təmini.

Vəzifə öhdəlikləri:

- Reseptlərə əsasən yeməklərin bişirilməsinə nəzarət etmək;
- Gün ərzində gərəkli olan bütün ərzaqları öncədən bildirmək;
- İstifadə olunacaq inqrediyentlərin təmizliyinə və yüksək keyfiyyətdə olmasına nəzarət etmək;
- Sifarişlərin vaxtında yerinə yetirilməsinə nəzarət etmək;
- Mətbəxdə istifadə edilən alət və ləvazimatların həmişə təmiz və işlək qaydada olmasına nəzarət etmək.

Tələblər:

- Ərzaqların saxlama müddətlərini və şərtlərini bilməli;
- Hazırlanmış məhsulların düzgün saxlanma qaydalarını bilməli;
- Mətbəxdə istifadə edilən avadanlıqların düzgün və təlimatları üzrə istifadə qaydalarını bilməli;
- Məhsullardan hazırlanan yarımfabrikatların keyfiyyətinə qoyulan tələbləri bilməli;
- Xammal və məhsulların kulinar emalı qaydalarını bilməli;
- İşgüzar ünsiyyət və peşə etiketi qaydalarına əməl etməli;
- İş saatlarında çevik olmalı, gərgin iş qrafikində dəqiq və səmərəli işləməli;
- Səliqəli görkəmə və gigiyenik təmizliyə riayət etməli;
- Otel və restoran sistemində baş aşpaz kimi 3-5 il iş təcrübəsi;
- Rus və ingilis dili biliyi.

Təminatlar:

- Bir gün istirahət günü;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: Tam iş qrafiki.

Qeyd: Vakansiya üzrə tələb qadın namizədlərədir.

Müraciət qaydaları: CV-nizi hr@entree.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Baş aşpaz-Entree” yazıb göndərməklə müraciət edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP