Əmək və Karyera Yarmarkası
 
JOB TITLE: Əmək və Karyera Yarmarkası
EMPLOYER: Optimal Electronics LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-01-18 LAST UPDATED: N/A DEADLINE: 2019-02-17

 
"Optimal Elektronika" MMC  1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, LG, SONY, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

“Optimal Elektronika” MMC-nin tərkibində fəaliyyət göstərən “GENTLEMAN” multi-brend geyim mağazası 1996-cı ildən fəaliyyət göstərir.  Mağaza İtaliya, Ukrayna, Moldova, Yunanıstan və digər ölkələrin  brend geyimlərinin  Azərbaycanda satışı ilə məşğuldur. Şirkətimiz İngiltərənin M&CO  brendinin Azərbaycanda və Qafqazda yeganə frençayzinq partnyorudur. M&Co mağazası Optimalın Nizami (Tarqovıy) filialının ikinci mərtəbəsində yerləşir. Əlavə məlumat üçün www.mandco.az  və www.optimal.az linkinə tıklaya bilərsiniz.

2018-ci il dekabr ayında şirkət “Dəbdəbə” geyim mağazalarını,. 16 yanvar 2019-cu il tarixindən  etibarən isə Optimalın  ən böyük filialı  olan Optimal Live –Satış və Təcrübə Mərkəzini müştərilərin istifadəsinə vermişdir.

"Optimal Elektronika" MMC  davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların  karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.

Niyə məhz Optimal?

- Hər bir işçiyə gələcəyin meneceri kimi yanaşırıq!
- Pozitivlik bizim ən böyük uğurumuzdur!
- Kreativ ideyaları yaradırıq!
- İstedadlı gənclərə yol açırıq!

Optimal Elektronika MMC şirkətinin İnsan Resursları Departamenti,  şirkət üzrə 30-dan çox vakansiya üzrə  21 yanvar 2019-cu il tarixindən,  25 yanvar 2019-cu il tarixinə qədər saat 10.00-dan 18.00-a qədər  şirkətin ən böyük filialı olan OPTİMAL LİVE  Satış və Təcrübə mərkəzində  filialında  Əmək və Karyera Yarmarkası keçirir.

Öz potenisalına inanan hər bir kəsi Əmək Yarmarkasında iştiraka dəvət edirik.

Əmək və Karyera Yarmakasında iştirak etmək Sizə nə verəcək?

 Şirkətin İnsan Resursları üzrə meneceri və komandası ilə birbaşa ünsiyyət;
 Fərqli mühitdə özünü və bacarıqlarını daha rahat ifadə etmək imkanı;
 Əmək Yarmarkası zamanı iş təklifi almaq imkanı;
 Təcrübəniz olmadığı halda belə, perspektivinizi nümayiş etdirərək işə düzəlmək imkanı;
 Pozitiv şəraitdə, həyacan keçirmədən özünü və bacarıqlarını  işəgötürənə təqdim etmə;
 Azərbaycanda ən böyük elektronika sərgisi ilə tanış olma imkanı;

Vakansiyalar haqqında məlumat üçün  (012) 954 əlaqə nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Ünvan:  Optimal Live filialı Səməd Vurğun küçəsi 110 (Zabitlər parkı ilə  üzbəüz)

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP