Texniki xidmət mərkəzinin rəhbəri
 
JOB TITLE: Texniki xidmət mərkəzinin rəhbəri
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-01-18 LAST UPDATED: N/A DEADLINE: 2019-02-17

Company: Kontakt Home

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz  CV-nizi hr@abc-telecom.az e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: Texniki xidmət mərkəzinin rəhbəri

Tələblər:

• Texniki sahə üzrə - Ali təhsil
• Məişət texnikası sahəsində  iş təcrübəsi- 5 il
• Yüksək səviyyədə Azərbaycan , Rus və İngilis dili bilikləri 
• İdarəçilik sahəsində əlavə təhsilə üstünlük veriləcək
• Şirkətdə texniki xidmət mərkəzinin idarəedilməsi sahəsində təcrübə
• Məişət avadanlıqlarının təmir işlərinin və texniki xidmətlərinin təşkili və həyata keçirilməsi
• Təmir işlərinin planlaşdırma üsulları
• Təmir işlərinin aparılması üçün sənədlərin doldurulma proseduru (aktlar, ehtiyat hissələrin istehlak siyahıları,ərizələr)
• Anbar nomrələməsinə uyğun ehtiyat hissələrinin sıralanması
• Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı
• İşdə dəqiq  və diqqətli olmalı

Vəzifələr:

• Məişət texnikası xidməti sahəsində effektiv iş rejiminin təşkil olunması,tapşırıqların və keyfiyyət göstəricilərinin təyin edilməsi
• Texniki xidmətin strateji və operativ idarəçiliyin təşkili,  texniki xidmət sahəsi  işinin planlı və fasiləsiz təmin olunması, xarici vendorlar, təchizat və xidmət mərkəzləri ilə qarşılıqlı münasibətlərin qurulması
• Vendorlar və təchizatçılarla reklam işlərinin təşkili
• Servis xidmətinin maliyyələşdirilməsində iştirakı
• Reklam edilən, qüsurlu və güzəştli malların mühasibat strukturunun optimallaşdırılması
• Ehtiyat hissələrinin sifariş təşkili və çatdırılma vaxtına nəzarət
• Texniki xidmətlərin monitorinqinin təşkili , ehtiyac olduğu halda regional xidmət şəbəkəsinin yaradılması və texniki xidmətlərin autsorsinqi
• Komandanın avadanlıqların montaj və təmir işlərinin  idarəedilməsi (motivasiya, vəzifə təyinləri və nəzarət)

İş barədə məlumat

• Əmək məcəlləsinə uyğun sənədləşmə
• İş qrafiki: I-VI iş günləri, VII istirahət günləri

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Texniki xidmət mərkəzinin rəhbəri” qeyd edərək CV formasını  ir@kontakt.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP