Marketinq üzrə mütəxəssis
 
JOB TITLE: Marketinq üzrə mütəxəssis
EMPLOYER: Global Food Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-11-08 LAST UPDATED: 2018-11-14 DEADLINE: 2018-12-08

Vəzifə - Marketinq üzrə mütəxəssis

İşəgötürən: “GFCMMC
 
Əsas vəzifə və öhdəliklər:

 Satış bazarının genişlənməsi, təqdim olunan məhsul və xidmətlərin çeşidinin artırılması kimi biznesin inkişafında prioritet istiqamətlərin müəyyənləşdirilməsinə yönəldilmiş Şirkətin uzunmüddətli strategiyasının hazırlanmasında iştirak edir;
 İllik marketinq planlarını  tərtib edir, vəzifə və resursları müəyyənləşdirir;
 Şirkət üçün maraq doğuran sahələrdə marketinq araşdırmaları aparır;
 Şirkətin xidmətlər bazarında mövqeyinin möhkəmləndirilməsi, restoranlarda məhsulların satışının və xidmətlərin səviyyəsinin artırılması üçün təhlil aparır və müvafiq təkliflər hazırlayır;
 Məhsul və xidmətlərə qiymət qoyulması prosesində iştirak edir;
 İri müştərilər (alıcılar və satıcılar) axtarışı ilə məşğul olur, onlarla əlaqələr yaradır;
 İqtisadiyyatın perspektivli sahələrində biznesin inkişaf etdirilməsi üçün strategiyanı və yanaşma üsullarını formalaşdırır və marketinq sahəsində müvafiq proqramların işlənməsini təmin edir;
 PR aksiyaların, reklam kompaniyaların, press-relizlərin hazırlanmasında yaxından iştirak edir;
 Şirkətin “firma standartlarını”, emblemini, loqolarını hazırlayır və təkmilləşdirir;
 Şirkət bloqunun moderasiyasını aparır;
 SMM, PR və Reklam sahələrində işini yerinə yetirir;
 Mütəmadi olaraq reklam materiallarının yerləşdirilməsi üçün tematik sahələrin təhlili və seçimini  aparır;
 Tizer və banner şəbəkələri ilə iş aparır;
 Reklam kampaniyaları üçün kreativ ideyaların  təklifi;
 Promo-aksiyalar üçün təkliflərin hazırlanmasını təşkil edir.

Namizədə aid tələblər:

 30-45 yaş arasında;
 Ali təhsilli olması( Marketinq və ya biznes idarəçiliyi  sahəsində təhsil arzu olunandır);
 Marketinqin əsas prinsiplərini yaxşı bilmək;
 3 il marketinq  sahəsində təcrübə olması;
 Səlis azərbaycan və rus dili bilikləri;
 Kreativ proyektlərin reallaşdırılması təcrübəsi;
 R-Keeper və Microsoft Office proqramlarını bilməsi mütləqdir, digər dizayn proqramlarında işləmə bacarığı namizəd üçün üstünlükdür;
 Diqqətli,məsuliyyətli və  operativ olması;
 Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq.

İş şəraiti:

 AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
 Həftədə 5  iş günü, 2 gün istirahət;
 Əmək haqqı: 800-1000  AZN.

E - mail : Hr@gfc.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP