Müştəri Xidmətləri üzrə Mütəxəssis (Əməliyyatçı) ( Bərdə )
 
JOB TITLE: Müştəri Xidmətləri üzrə Mütəxəssis (Əməliyyatçı) ( Bərdə )
EMPLOYER: International Bank of Azerbaijan Republic DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-11-08 LAST UPDATED: N/A DEADLINE: 2018-12-08

Azərbaycan Beynəlxalq Bankı Bərdə regionunda Müştəri Xidmətləri üzrə Mütəxəssis (Əməliyyatçı) vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Müasir Dövlət Bankının uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Müştərilərə Bankın məhsul və xidmətləri barədə məlumat vermək;
 Hüquqi və fiziki şəxslərin bank hesabları üzrə əməliyyatlar həyata keçirmək;
 Vergi, məhkəmə orqanları və DSMF tərəfindən müştəri hesabları ilə bağlı verilmiş sərəncamların reyestrini apararaq, icrasını təşkil etmək;
 Bankda mövcud olan pulköçürmə sistemləri vasitəsilə müştərilərə vəsaitlərin göndərilməsi və verilməsi üzrə xidmət göstərmək;
 Müştərilərə POS-terminal vasitəsilə nağd pulun verilməsi üzrə xidmət göstərmək, iş gününün sonunda zəruri müxabirləşmələr aparmaq;
 Şöbənin fəaliyyətindən irəli gələn digər vəzifələri icra etmək;
 Bank fəaliyyəti ilə bağlı qüvvədə olan hüquqi normalara riayət etmək, Bankın korporativ dəyərlərini mənimsəmək və müştərilərə xidməti bu çərçivədə həyata keçirmək;
 Müştəri məmnuniyyətinin əldə olunmasına çalışmaq, daha yaxşı xidmətin təşkili məqsədilə təkliflər hazırlamaq.

Tələb olunan səriştələr:

 Müştərilərlə nəzakətli ünsiyyət;
 Müştərilərə vaxtında, düzgün və keyfiyyətli xidmətin göstərilməsi;
 Müştəri ehtiyacının dəqiq analizi və çarpaz satışların həyata keçirilməsi.

Vakant vəzifə üzrə tələblər:

 Ali təhsil;
 Ofis proqramlarında sərbəst iş bacarığı;
 Bank sahəsində (Əməliyyat istiqaməti üzrə) 1-3 il iş təcrübəsi;
 Ünsiyyət qurma bacarığı, işə məsuliyyət;

Digər əsas keyfiyyətlər:

 Analitik düşüncə, təhlil və qərarvermə qabiliyyəti;
 Komandada işləmək bacarığı;
 Yüksək motivasiya və iş yükünə dayanıqlılıq bacarığı.

Bu iş sizə nələri qazandıracaq:

 Bankın əməliyyat sahəsini dərindən öyrənmə imkanları;
 Satış sahəsində təcrübəli şəxslərdən texniki biliklərin qazanılması;
 Bank kredit və qeyri kredit məhsulları haqqında öyrənmə imkanları.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  15 Noyabr  2018-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Əməliyyatçı/Bərdə” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP