Satınalma üzrə mütəxəssis
 
JOB TITLE: Satınalma üzrə mütəxəssis
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-11-07 LAST UPDATED: N/A DEADLINE: 2018-12-07

Company: Kontakt Home

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz  CV-nizi hr@kontakt.az e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: Satınalma üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

• İstehsalat və satış şöbələrinin təlabatına uyğun olaraq satınalma planını hazırlamaq;
• Təchizatçıların təkliflərini araşdıraraq qiymət cədvəli yaratmaq;
• Təchizatçılarla müqavilələrin və sazişlərin bağlanmasını təmin etmək;
• Xarici bazarda yeni təchizatçıların axtarışı;
• Sifarişlərin təmin olunması ilə bağlı yaranmış problemlərin həllini təmin etmək;
• Anbar qalıqlarının monitorinqi və ehtiyacların vaxtlı vaxtında ödənməsi;
• Satınalma sorğularına nəzarət, yoxlanılması və hesabatların hazırlanması.

Tələblər:

• Bu sahədə 2 ildən artıq iş təcrübəsi
• İngilis dili biliyi mütləqdir
• Ali təhsil
• Satınalma sahəsinin incəliklərini bilməli
• İşgüzar yazışma bacarığı
• Yüksək ünsiyyət qurmaq bacarığı
• Stresə davamlı və məsuliyyətli olmalıdır.

İş şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: I-V günlər, 09:00-18:00

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Satınalma üzrə mütəxəssis” qeyd edərək CV formasını hr@kontakt.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP