Mühasib
 
JOB TITLE: Mühasib
EMPLOYER: Fayton LTD DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-11-07 LAST UPDATED: 2018-11-13 DEADLINE: 2018-12-07

Fayton LTDMMM şirkəti mühasib  vəzifəsi üzrə iş elan edir.

Tələb olunan şərtlər:

- Aylıq faktiki göstəricilərlə (sərfiyyat və itki) planlaşdırılmış göstəricilərin müqayisə olunması;
- Analitik düşünmə qabiliyyəti;
- Aylıq istehal olunmuş məhsulların maya dəyərlərinin düzgün formalaşmasının təmin edilməsi;
- Aylıq istehsal edilmiş məhsulların tam maya dəyərinin formalaşdırılması;
- İstehsal sahələri tərəfindən yazılmış əməliyyatların yerinə yetirilməsi;
- Gündəlik istehsalla bağlı yaranan sualların cavablandırılması;
- Aidiyyatı sahə üzrə rəhbərliyin tapşırıqlarını yerinə yetirilməsi;
- Mövcud reseptlərdə maya dəyərinin düzgün hesablanması üçün lazım olan göstəricilərin müəyyənləşdirilməsi və daimi nəzarətdə saxlanması;
- Məhsullar üzrə reseptura maya dəyərlərinin hesablanması və faktiki formalaşan maya dəyərləri ilə müqayisənin aparılması;

Təhsil/Təcrübə:

• Ali iqtisadi təhsil (Mühasibatlıq sahəsində təhsil arzuolunandır);
• Analoji sahədə ən azı 1-2 il iş təcrübəsi (İstehsalat təcrübəsi arzuolunandır);
• Azərbaycan dilində sərbəst istifadəçi səviyyəsində bilməli (Rus dilini bilmək üstünlükdür);
• Microsoft Excel və peşəkar istifadəçi səviyyəsində bilmək (ERP proqramı bilmək üstünlükdür);

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla və nəqliyyatla təmin olunur;
• İş qrafiki: 5 gün, 09:00 – 18:00
• İş yeri “Fayton LTD” MMM-in Binə qəsəbəsində yerləşən zavodu

 Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mühasib” yazaraq  hr@titan.az  ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP