Təhlükəsizlik üzrə mütəxəssis
 
JOB TITLE: Təhlükəsizlik üzrə mütəxəssis
EMPLOYER: R-Pharm MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-11-05 LAST UPDATED: N/A DEADLINE: 2018-12-05

Təhlükəsizlik üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

• Zavodda və habelə sahədə nəzarətin həyata keçirilməsi
• Buraxılış rejminə nəzarət edilməsi, hər hansı bir nöqsan, təhlükəsizlik qaydalarının pozulması, şübhəli şəxs və əşya gördükdə xidməti tədbir görülməsi və birbaşa rəhbərinə hesabatın verilməsi;
• Qorunan obyektdə giriş-çıxış zamanı işçilərin və ya digər şəxslərin ofisə keçirdiyi əşyalara və ofisdən çıxarılan əşyalara nəzarət edilməsi və qeydiyyatı;
• Kamera vasitəsilə mühafizə rejminə əsasən və mövcud qrafikə uyğun olaraq monitorinqlər aparılması və bu barədə birbaşa rəhbərinə məlumatların təqdim edilməsi.
• Şirkətdə oğurluğa qarşı sistemlər, akustika, giriş-çıxış, sayğac və video sistem avadanlıqların işinin fasiləsiz fəaliyyəyinin təminatı.
• Avadanlıqlarda hər hansı nasazlıq baş verdikdə problemi həll etməli, həlli mümkün olmadıqda rəhbərliyə xəbər verilməsi;
• Texniki və fiziki mühafizə sistemlərindən (Foto, video və müşahidə kameraları və s.) istifadə etmək
• Şirkətdaxili neqativ fəaliyyətlər barədə məlumatlar toplamaq və sənədləşdirmək
• Daxili araşdırmalar aparmaq
• Əldə edilmiş məlumatları analiz etmək
• Görülmüş işlər barədə həftəlik və aylıq hesabatların təqdim etmək

Namizədə qarşı tələblər:

• Orta ixtisas təhsili (ali təhsili olanlara üstünlük verilir);
• Analoji sahədə ən azı 5 il iş təcrübəsi olmalı
• Azərbaycan və Rus dilini mükəmməl səviyyədə bilməli (ingilis dilini bilənlərə üstünlük verilir);
• Videoserverlərin, storage serverlərin, videonəzarət  və  videoqeydiyyat üçün nəzərdə tutulmuş videoserverlərin, peoplecounter (sayğac) sistemlərinin, kameralar (ip, analoq), video-audio sistemlərini istifadə edə bilmək;
• Mühafizə xidmətinin təşkili sahəsində bacarıqlar;
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək qabiliyyətinə malik olmalı;
• İşgüzar, məsuliyyətli, nizam-intizamlı və stresə davamlı olmalı

Əlavə məlumatlar:

• Şirkət tərəfindən naharla, tibbi sığorta, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə

Yuxarıda sadalanan tələblərə cavab verən namizədlərin Mövzu yerinə vakansiya adı kimi “Təhlükəsizlik üzrə mütəxəssis” qeyd edərək  bayramova@rpharm.ru e-mail ünvanına müraciət etmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP