Mətbəx satınalması üzrə mütəxəssis
 
JOB TITLE: Mətbəx satınalması üzrə mütəxəssis
EMPLOYER: Collezione Italia DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-11-05 LAST UPDATED: N/A DEADLINE: 2018-12-05

Collezione Italia” fəaliyyət istiqaməti Avropa premium mebel brendlərinin və lüks interyer dizayn predmetlərinin  (mebel və mətbəx, santexnika, divar örtükləri, divar kağızları, parket, qapı, pəncərə, pərdə, işıqlandırma, zəngin qab-qacaq kolleksiyası və ev üçün aksessuarların) satışı olan şirkəti üçün “Mətbəx satınalması üzrə mütəxəssis” vakansiyası elan edir.

Vəzifə barədə məlumat:

• Xarici şirkətlərlə və ya xarici şirkətlərin yerli nümayəndəlikləri ilə əlaqələrin, əməkdaşlıqların qurulması və partnyorların cəlb olunması istiqamətində danışıqların aparılması;
• Əlaqə yaradılmış şirkətlərin və onların nümayəndəliklərinin məlumat bazasının yaradılması;
• Xarici nümayəndəliklərin iştirakı ilə əlaqələrin möhkəmləndirilməsi üzrə müəyyən tədbirlərin və görüşlərin təşkili, müşaiəti və xarici tədbirlərdə şirkətin təmsil olunması;
• Rəhbərlik tərəfindən verilmiş mövzu ətrafında tədqiqatların aparılması və nəticələr barədə hesabatın hazırlanması və rəhbərliyə təqdim olunması;
• Xarici nümayəndəliklərlə razılıq əsasında müqavilələrin hazırlanması prosesində iştirak;
• Beynəlxalq şirkətlərin rəsmi diler və ya nümayəndəliyini əldə etmə proseslərini yüksək səviyyədə icra etmək;
• Qəbul olunmuş və ya müştərilərə təhvil verilmiş produksiyalarda aşkar olunmuş problem, qüsurlar və zəmanət işləri üzrə danışıqların həyata keçirilməsi.
• Müştərinin seçdiyi və ya müştəriyə təqdim olunan mətbəx modelinin 3D formatında vizualizasiyası
• Müştəridən və yaxud birbaşa müştərinin evinə gedərək ölçünün götürülməsi və dizayn xidmətinin göstərilməsi
• Ödəmə şərtləri və endirimlərin razılaşdırılması
• Hər bir mətbəx modelinin eksklyuziv olaraq müştəri ilə razılaşdırılıb təsdiqini aldıqdan sonra istehsalçı ilə əlaqə yaradılaraq sifariş edilməsi
• Satış üçün tələb olunan məhsulların xarici təchizatçılardan alınması (sifariş hazırlanması, invoys alınması, təsdiqi)

Şərtlər:

- AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
- Həftə ərzində 6 iş günü, istirahət- bazar günü
- İş saatı: 10:00-19:00

Tələblər:

- Ali təhsil
- Beynəlxalq satınalma sferasında minimum 3-5 il iş təcrübəsi arzu olunandır;
- Dil bilgiləri: Azərbaycan, rus və ingilis dillərində sərbəst yazı və danışıq qabiliyyəti;
- Planlaşdırma, analiz və idarəetmə bacarığı;

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Mətbəx satınalması üzrə mütəxəssis” sözlərini qeyd edərək hr@collezioneitalia.az e-ünvanına göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP