Planlama üzrə mühəndis
 
JOB TITLE: Planlama üzrə mühəndis
EMPLOYER: Kontinent İnşaat MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-11-02 LAST UPDATED: N/A DEADLINE: 2018-12-02

Planlama üzrə mühəndis

Funksiyaları 

  Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planının hazırlanması;
  Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb Lahiyə Rəhbərinə ötürülməsi;
  Həftəlik və aylıq hesabata əsasən inkişaf proqramının hazırlanması və MS Project proqramına daxil edilməsi və yenilənməsi;
  Həftəlik inkişaf proqramı üzrə planlama iclaslarında iştirak etmək;
  Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi;
  Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün İnşaat mühəndisləri ilə müzakirə aparmaq;
  Gecikən işlərin yenidən planlanması;
  Subpodratçıların apardığı işlərin plan qeydiyyatı və plan üzrə işlərin görülməsinə nəzarət.

Vəzifəyə olan tələblər 

  Təhsil:  müvafiq sahə üzrə ali təhsil.
  Təcrübə: müvafiq sahə üzrə 3 ildən az olmayaraq iş stajı.
  Kompyuter  biliyi: Word, Excel,MS Project, Primavera və İnternetdə işləmə bacarığı.
  İdarəetmə və qərar qəbul etmə qabiliyyəti.
  Vaxtın düzgün idarə edilməsi qabiliyyəti.
  Yaradıcılıq və təşəbbüskarlıq qabiliyyəti.
  Azərbaycan və ingilis dilində sərbəst danışmaq, fikirlərini yazılı ifadə etmək qabiliyyəti.

Bilməlidir 

  Tikintidə layihə-smeta işlərinin təşkili üzrə, müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrlərin və digər istinad edilən, rəhbər tutulan metodiki, normativ sənədləri;
  Layihə-smeta sənədlərinin işlənib hazırlanmasının təşkilini, onların razılaşdırma və təsdiq etmə qaydalarını;
  Smeta, smeta-maliyyə hesablamaları və kalkulyasiyaların tərtib olunması üzrə metodiki və vahid qiymətlərin toplu və kataloqlarının, inşaat materialları, konstruksiya, məmulat, avadanlıqların quraşdırılması üzrə, qiymətlər cədvəllərinin preyskurant topluları və avadanlıqların, materialların tipləşdirilimiş dəstlərinin tərtib və istifadə olunma qaydalarını;
  İqtisadiyyatın, istehsalatın təşkilinin, əməyin və idarəetmənin əsaslarını;
  Əmək qanunvericiliyinin əsaslarını;
  Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını.

Ə/h: 1500-2000 AZN (müsahibə nəticəsindən asılı olaraq müəyyənləşdiriləcəkdir)

Müraciət etmək üçün başlıqda “Planlama üzrə mühəndis” qeyd edib hr@kontinent.az ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP