Baş Aşpaz ( Entree Azərbaycan MMC )
 
JOB TITLE: Baş Aşpaz ( Entree Azərbaycan MMC )
EMPLOYER: Veysəloğlu Şirkətlər Qrupu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-11-02 LAST UPDATED: N/A DEADLINE: 2018-12-02

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokolad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Baş Aşpaz ( Entree Azərbaycan MMC )

İş yeri: 28 May filialı
İş təcrübəsi: 3-5 il
Yaş həddi: 25-40

İşin Təsviri:

Reseptləri öyrənmək, menyular qurmaq və yüksək keyfiyyətli yeməklər hazırlamaq. Sanitariya qaydaları və gigiyena nomativlərinə əməl edilməsini təmin etmək.

Vəzifə öhdəlikləri:

- Müxtəlif növ yüksək keyfiyyətli yeməklər hazırlamaq;
- Aşpazlara nəzarət etmək və gərəkli olduqda kömək etmək;
- Yeməklərin vaxtında və tələb edilən keyfiyyətə uyğun hazırlanmasını təmin etmək üçün mətbəx işçilərinə tapşırıqlar vermək;
- Qabaqcıl bişirmə texnikaları və qeyri-ənənəvi ərzaq məhsulları ilə təcrübələr həyata keçirmək.

Tələblər:

- Mətbəxdə istifadə edilən avadanlıqların düzgün və təlimatları üzrə istifadə qaydalarını bilməli;
- Məhsullardan hazırlanan yarımfabrikatların keyfiyyətinə qoyulan tələbləri bilməli;
- Xammal və məhsulların kulinar emalı qaydalarını bilməli;
- Ərzaqların saxlama müddətlərini və şərtlərini bilməli;
- Hazırlanmış məhsulların düzgün saxlanma qaydalarını bilməli;
- İşgüzar ünsiyyət və peşə etiketi qaydalarına əməl etməli;
- İş saatlarında çevik olmalı, gərgin iş qrafikində dəqiq və səmərəli işləməli;
- Səliqəli görkəmə və gigiyenik təmizliyə riayət etməli;
- Rus və ingilis dili biliyi;
- Xanım namizədlərə üstünlük veriləcəkdir.

Təminatlar:

- Nahar ilə təmin edilmə.

İş qrafiki: 07:00 – 15:00

Əlaqə nömrəsi: 055 505 91 51

Müraciət qaydaları: CV-ni hr@entree.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Baş Aşpaz” yazıb göndərməklə müraciət edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP