İxracat mütəxəssisi
 
JOB TITLE: İxracat mütəxəssisi
EMPLOYER: Veysəloğlu Şirkətlər Qrupu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-11-02 LAST UPDATED: N/A DEADLINE: 2018-12-02

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokolad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: İxracat mütəxəssisi

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 5 il
Təhsil: İqtisadi ali təhsil
Yaş həddi: 27-40

İşin Təsviri:

Yeni müştəriləri cəlb etmək, danışıqlar aparmaq, onların şirkətin məhsulları ilə tanış olmasına şərait yaratmaq, qida sərgilərində iştirak etmək.

Vəzifə öhdəlikləri:

- Yeni müştəriləri cəlb etmək, danışıqlar aparmaq, onların şirkətin məhsulları ilə tanış olmasına şərait yaratmaq;
- Qida sərgilərində iştirak etmək;
- Müştərilərdən sifarişləri almaq və müvafiq hesab-fakturaları hazırlamaq;
- İxrac olunması nəzərdə tutulan məhsulların texniki və logistik məlumatlarını detallı şəkildə müştərilərə təqdim etmək;
- Sifarişlə bağlı bütün məlumatları detallı şəkildə Logistika, Mühasibatlıq, Planlama və digər əlaqədar strukturlara ötürmək;
- Vəzifə fəaliyyətindən irəli gələn məsələlər barədə hesabat verdiyi instansiyaya baxılması üçün təkliflər vermək.

Tələblər:

- Yüksək ünsiyyət qabiliyyətinin, qərar vermə bacarığının, analitik düşüncə  və layihə idarəetmə qabiliyyətinin olması;
- Biznes danışıqlarının aparılması qabiliyyəti;
- Rus və ingilis dili biliyi;
- Ölkədaxili və ölkəxarici ezamiyyət imkanlarının olması;
- MS Office proqramları biliyi.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: cv@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “İxracat mütəxəssisi” yazmaqla CV göndərərək müraciət edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP