İnvestisiya məsləhətçisi
 
JOB TITLE: İnvestisiya məsləhətçisi
EMPLOYER: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-11-01 LAST UPDATED: 2018-11-02 DEADLINE: 2018-12-01

İşəgötürən: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Vəzifə: Məsləhətçi

Departament: Maliyyə

Şöbə: İnvestisiya

Vəzifə öhdəlikləri:

• Sərbəst maliyyə vəsaitlərinin idarə edilməsi ilə bağlı əməliyyatları həyata keçirmək;
• Müəssisənin investisiya əməliyyatlarının aparılması qaydalarına əlavə və dəyişikliklər edilməsi prosesində iştirak etmək;
• Müəssisənin investisiya qoyuluşunun əsas istiqamətləri, investisiya strategiyasının müəyyənləşdirilməsi və həyata keçirilməsi üzrə təkliflər hazırlamaq;
• Müəssisənin investisiya qoyuluşunun səmərəliliyinin artırılması məqsədilə tədbirlər görmək;
• Müəssisənin gələcək pul axınları (mədaxil və məxaric daxil olmaqla) nəzərə alınaraq investisiya fəaliyyətinin həyata keçirilməsi zamanı sərbəst maliyyə vəsaitlərini qiymətləndirmək;
• İnvestisiya qaydalarına əsasən investisiya siyasətinin əsas istiqamətlərini, prioritetlərini formalaşdırmaq və bu sahədə aidiyyəti təkliflər hazırlamaq;
• Fəaliyyət istiqamətlərinə uyğun rəy və təkliflər vermək, təhlillər, ümumiləşdirmələr, monitorinqlər, tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq və daxili sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
• Keçirilən hərracları izləmək və uyğun lotlarda iştirak üçün təkliflər hazırlamaq;
• İnvestisiya portfeli üzrə bazar risklərini araşdırmaq, iqtisadi təhlillər aparmaq və nəticələr haqqında müvafiq hesabatları hazırlamaq;
• İnvestisiya qərarlarının verilməsi üçün qiymətləndirmə modellərini və hesabatlarını hazırlamaq.

Vəzifə üçün tələblər:

• İqtisadiyyat və idarəetmə ixtisas qrupu üzrə ali təhsil;
• İnvestisiya layihələri və proqramları üzrə 3 ildən az olmayan əmək stajı;
• İri həcmli məlumatlarla işləmək bacarığı, yüksək analitik təhlil, ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarıqları;
• İngilis və rus dilləri üzrə orta səviyyədə danışıq və yazı bacarıqları;
• Excel proqramını mükəmməl, digər Microsoft Office proqramlarını orta səviyyədə bilməli;
• CFA 1-ci səviyyə imtahanından keçmiş namizədlərə üstünlük veriləcək.

Maraqlanan namizədlər CV-lərini 15 noyabr 2018-ci il tarixinədək hr@its.gov.az e-mail ünvanına göndərə bilərlər.
Müraciət olunan  vəzifənin adı qeyd edilməlidir.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Employer: State Agency on Mandatory Health Insurance

Position: Adviser

Department: Finance

Division: Investment

Roles and Responsibilities:

• Manage free cash flow operations;
• Assist in revising the Agency’s investment guidelines;
• Advise on the Agency’s investment strategy;
• Take actions to enhance efficiency of the Agency’s investments;
• Be aware of current auctions and prepare offers for appropriate lots;
• Research and analyse market risks of the Agency’s investment portfolio, and prepare reports;
• Prepare reports and evaluation models for making investment decisions.

Requirements:

• University degree in economics and management;
• Minimum 3 years work experience in investment projects;
• Proficiency in dealing with big data;
• High analytical, communication and team player skills;
• English and Russian (speaking and writing);
• Excellence in MS Excel and basic proficiency in other MS Office programmes;
• CFA 1 is a preference.

Are you interested?

Please send your applications to hr@its.gov.az by November 15, 2018
Please specify the name of the position in subject.

Shortlisted candidates ONLY will be contacted

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP