Məhsul Meneceri
 
JOB TITLE: Məhsul Meneceri
EMPLOYER: Veysəloğlu Şirkətlər Qrupu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-11-01 LAST UPDATED: N/A DEADLINE: 2018-12-01

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokolad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Məhsul Meneceri

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 5 il
Təhsil: İqtisadiyyat, Biznesin təşkili və ya Marketinq ixtisasları üzrə ali təhsil
Yaş həddi: 27-40

İşin Təsviri:

Brend dəyəri yaradılması və ya gücləndirilməsi üçün kommunikasiya strategiyasının, fəaliyyət planının və büdcəsinin  təyin edilməsi, strategiyaya uyğun məhsulların bazarda irəliləməsi və mövqeləndirilməsinin təmin edilməsi.

Vəzifə öhdəlikləri:

- Bazar araşdırması həyata keçirərək istehlakçı ehtiyaclarının müəyyənləşdirilməsi və bu ehtiyaclara uyğun məhsul təklifinin edilməsi;
- Məhsul xətti üzrə marketinq strategiyasının müəyyənləşdirilməsi və marketinq planının hazırlanması;
- Yeni məhsul yaradılması prosesinə liderlik edilməsi, məhsul ideyasından bazara çıxışına qədərki mərhələlərin idarə olunması;
- Rəqiblərin fəaliyyətini təhlil edərək məhsulların rəqabət üstünlüyünün qorunmasını təmin etmək;
- Məhsul xətti üzrə mənfəətlilik hədəflərinin təyin edilməsi, məhsul mənfəətliliyindən cavabdeh olaraq kommersiya qərarlarının verilməsində iştirak etmək;
- Məhsul çeşidləri üzrə tələb proqnozlaşdırılmasının həyata keçirilməsi, satış və istehsal planlarının effektiv və düzgün təyin edilməsini təmin etmək;
- Marketinq strategiyasına uyğun kommunikasiya, ticari marketinq büdcələrinin təyin edilməsi, effektiv idarə olunmasının təmin edilməsi;
- Şirkət daxilində  Satış, İstehsal, Planlama, Satınalma, Marketinq Kommunikasiyaları, Ticari Marketinq, İnkişaf və Təkmilləşdirmə, Keyfiyyətə Nəzarət Şöbələri ilə çalışaraq məhsul üzrə qərarların icrası üçün müvafiq koordinasiyanın təmini və liderlik  edilməsi;
- Məhsulun qiymət siyasətinin müəyyənləşdirilməsi və qiymətqoyma prosesinin idarə edilməsi;
- Marketinq Kommunikasiyaları Şöbəsi ilə  çalışaraq brend dəyəri yaradılması və ya gücləndirilməsi üçün kommunikasiya strategiyasının, fəaliyyət planının və büdcəsinin  təyin edilməsi, strategiyaya uyğun brendlərin bazarda irəliləməsi və mövqeləndirilməsinin təmin edilməsi;
- Satış və Ticari Marketinq Şöbələrilə birgə satış, kanal, merçendayzinq strategiyalarının müəyyənləşdirilməsi.

Tələblər:

- Yeni məhsul yaradılmasında uzunmüddətli iş təcrübəsi;
- Yerli istehsal müəssisələrində təcrübənin olması;
- Yüksək ünsiyyət və liderlik qabiliyyətinin, qərar vermə bacarığının, analitik düşüncə  və layihəni idarəetmə qabiliyyətinin olması;
- Rus və ingilis dili biliyi;
- Ölkədaxili və ölkəxarici ezamiyyət imkanlarının olması;
- B kateqoriyalı sürücülük vəsiqəsinin olması;
- MS Office proqramları biliyi;
- Şəxsi avtomobilin olması mütləqdir.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərclərilə qarşılanma;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: cv@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Məhsul Meneceri” yazmaqla CV göndərərək müraciət edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP